Korrupsiyaya qarşı mübarizə davam edən bir prosesdir

Korrupsiya və rüşvətxorluq bu gün demək olar ki, bütün cəmiyyətlərdə yayılmış əsas problemlədən biridir. Etiraf etmək lazımdır ki, Azərbaycanda da bu kimi neqativ hallar, mənfi tendensiya zaman-zaman yaşanıb və günümüzdə də az bir faizdə də olsa ölkədə həmin mənfi tendensiya halları müşahidə edilir.

Bu prosesə yardımçı olmaq üçün müxtəlif strategiyalar, tədbirlər və standartlar mövcuddur

Korrupsiya və rüşvətxorluq bu gün demək olar ki, bütün cəmiyyətlərdə yayılmış əsas problemlədən biridir. Etiraf etmək lazımdır ki, Azərbaycanda da bu kimi neqativ hallar, mənfi tendensiya zaman-zaman yaşanıb və günümüzdə də az bir faizdə də olsa ölkədə həmin mənfi tendensiya halları müşahidə edilir. Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan dövləti korrupsiya və rüşvətxorluq hallarına qarşı sistemli, davamlı və ardıcıl olaraq mübarizə aparır, bu istiqamətdə məqsəduyğun tədbilər həyata keçirir. Bir neçə dəfə qəbul edilən Milli Strategiya və digər hüquqi sənədlər, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat tədbirləri xüsusi qeyd edilməlidir. Digər müsbət məqam ondan ibarətdir ki, ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə təkcə adminstrativ üsullarla aparılmır. Eyni zamanda bu istiqamətdə maarifləndirici tədbirlər də həyata keçirilir. Və etiraf etmək lazımdır ki, bu kimi maarifləndirici tədbirlərin xüsusi əhəmiyyəti var. Ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı aparılan uğurlu mübarizə üsulları, bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı bu günlərdə Avropa Şurasında da geniş və ətraflı şəkildə məlumat verilib. Qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Vüsal Hüseynov məruzə ilə çıxış edərək bildirib ki, korrupsiya həyatın bütün sahələrində inkşafa mənfi təsiri edir və Avropa Şurasının üç əsas sütunu olan qanunun aliliyi, demokratiya və insan hüquqlarının gələcəyini təhlükə altına alır. Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə davam edən və heç zaman bitməyəcək bir prosesdir və bu prosesə yardımçı olmaq üçün müxtəlif strategiyalar, tədbirlər və standartlar mövcuddur: "Amma hər bir halda, gəncləri nəzərə almayan istənilən tədbir və strategiya effektiv və dayanıqlı ola bilməz. Bu məruzədə bizə gəncləri korrupsiyaya qarşı mübarizəyə cəlb etməyin necə önəmli olduğunu xatırladan bir çox məqamlar var. Məruzə təkcə bu sahəyə gənclərin enerji və potensialını gətirməyi nəzərdə tutmur, həm də onlara daha ayıq olmağı aşılayır, gələcəkdə üzləşə biləcəkləri mümkün təhlükələrə qarşı hazırlayır və onları bu sahədə əsas qüvvə kimi gücləndirir. Eyni zamanda cəmiyyətdə anti-korrupsiya mədəniyyətinin və mühitinin formalaşmasına əhəmiyyətli dərəcədə xidmət edir. Nə qədər çox gənc anti-korrupsiya mədəniyyəti haqqında danışsa və bu fəaliyyətdə iştirak etsə, gələcəkdə cəmiyyətdə birlik ruhu bir o qədər güclü olar". Millət vəkili deyib ki, biz gənclər arasında korrupsiya sahəsində ictimai şüurun yüksəldilməsində və onların anti-korrupsiya islahatlarının icrası sahəsində aktiv iştirakının təmin olunmasında təhsilin aparıcı sahə olduğu mövqeyi ilə razılaşırıq və dəstəkləyirik: "Ancaq biz həm də ixtisaslaşmış və qeyri-formal təhsilin də əhəmiyyətini vurğulamaq istəyirik. Biz gənclərə daha yaxşı ümumi təhsil verməklə onların daha yaxşı qərar vermələrini təmin edirik, lakin əgər onlara ixtisaslaşmış anti-korrupsiya təhsili verməklə onları məlumatlandırsaq, onları həm antikorrupsiya mütəxəssisi və korrupsiya ilə mübarizə aparan peşəkarlar kimi yetişdirə bilərik. Biz həm də inanırıq ki, anti-korrupsiya təlimləri universitet və hətta, əgər mümkünsə, orta məktəb proqramının tərkib hissəsi olmalıdır". Vüsal Hüeynov deyib ki, ikinci mühüm məsələ gənclərin təhsilli fərdlər kimi dinlənilməsi, onların fikirlərinə əhəmiyyət verilməsi və onlara anti-korrupsiya fəaliyyətinin töhfə verdikləri hissinin aşılanmasında dəstəyin göstərilməsidir: "Onlar ideyalarının tətbiq olunmasına və inkşaf etdirilməsinə ehtiyac duyur. Bu məqamda, biz unutmamalıyıq ki, gənclər çox həssasdır və onlar xüsusi yanaşma və qayğı tələb edirlər. Mən qeyri-hökumət təşkilatları və gənclər təşkilatlarının e-Platformalar yaradacaqlarına ümid etməklə bərabər, Avropa Şurasının özünün gənclərin onun vasitəsilə öz narahatlıqlarını bilidirəcəyi, fikirlərini bölüşəcəyi və təşkilatın qərar qəbul etməsi prosesində iştirak edəcəyi bir e-Platforma yardılmasına təşəbbüs göstərməsi təklifini məmnuniyyətlə qarşılayıram. Yalnız bu halda gənclər anti-korrupsiya səylərində əsas tərəfdaş olduqlarını hiss edərlər. Avropa Şurasının və onun alt qurumlarının korrupsiyaya qarşı mübarizə sahəsində əsaslı dayaqları və geniş təcrübəsi var və bu nəaliyyətlərdən gənclərin faydalanması üçün istifadə etmək çox vacibdir". Millət vəkili onu da qeyd edib ki, gənc nəsil yeni texnologiyalardan istifadədə daha çox bacarıqlıdır və "medianın yeni növü"nü anti-korrupsiya məqsədlərində istifadə etmək üçün daha çox hazırlıqlıdır: "Nə vaxt ki, cəmiyyətin bütün üzvləri bu məsələyə məsuliyyətlə yanaşarsa, o vaxt da korrupsiyaya qarşı həqiqi mübarizə mümkün olar. Gənclər bu sistemin mərkəzindədir və bütün cəmiyyətə daha çox təsir edə bilirlər".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31