Bir millətin müstəqilliyinin sığortası, şəhidlərinin qanı, ruhudur
Azərbaycanın ikinci müstəqilliyinin 26-cı ildönümü münasibətilə bütün dünya azərbaycanlılarını təbrik edən Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) baş katibi Mehmet Gıyas Azeriturk deyib ki, torpağı vətən edən, o torpağın övladlarının, o torpaqlar üçün verdiyi candır: "Vətənin hər qarış torpağı, vətəndaşın qanıyla islanmadıkça tərk olunamaz”.
18 Oktyabr 2017 15:30 SosialAzərbaycanın ikinci müstəqilliyinin 26-cı ildönümü münasibətilə bütün dünya azərbaycanlılarını təbrik edən Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) baş katibi Mehmet Gıyas Azeriturk deyib ki, torpağı vətən edən, o torpağın övladlarının, o torpaqlar üçün verdiyi candır: "Vətənin hər qarış torpağı, vətəndaşın qanıyla islanmadıkça tərk olunamaz" . Deyən Atatürkün söylədiyi kimi, Azərbaycanın hər küncü şəhid qanıyla sulanmış və Azərbaycan türklərinə vətən olub. Tarixi dərinliyindən süzülüb gələn əziz Azərbaycan, Sizin üçün həyat verəcək övladlarınızın sayı 9 milyon deyil. Dünyanın hər küncünə dağılan, qəlbində Azərbaycan sevgisini əsla əskik etməyən övladların, oğulların, qızların var. Onlar vətən üçün canından keçməyə "hazırıq" deyirlər. 26 il müstəqillik yolunda başqda 20 Yanvar Şəhidləri olmaqla, bütün şəhərlərimizə rəhmət deyirik, dünyanın harasında olursa, olsun hər bir azərbaycanlını ayrı-ayrı təbrik edirik".