FHN-in Akademiyasında müstəqillik günü qeyd olunub

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 18 oktyabr - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. FHN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov toplantı iştirakçılarını Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə təbrik edib. Azərbaycanın dövlət müstəqilliyi tarixinə qısa nəzər salan Akademiya rəisi bildirib ki, Azərbaycan Respublikasının suverenliyinin qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Qeyd edib ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş müdrik siyasətin layiqli davamçısı, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük səyləri nəticəsində dövlətimiz daha da güclənərək beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrilib.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 18 oktyabr - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. FHN-in mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov toplantı iştirakçılarını Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə təbrik edib. Azərbaycanın dövlət müstəqilliyi tarixinə qısa nəzər salan Akademiya rəisi bildirib ki, Azərbaycan Respublikasının suverenliyinin qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Qeyd edib ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş müdrik siyasətin layiqli davamçısı, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük səyləri nəticəsində dövlətimiz daha da güclənərək beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrilib.

Toplantıda çıxış edən Milli Məclisin deputatı Ülvi Quliyev xalqın müstəqillik uğrunda apardığı şanlı mübarizə tarixindən danışıb. O, dövlət suverenliyinin təmin olunmasında gənclərin də üzərinə böyük vəzifə düşdüyünü vurğulayaraq bildirib ki, ölkədə gənc nəslin inkişafı, gənclərin problemlərinin həlli ilə bağlı mühüm addımlar atılır. Bu addımların əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclərlə bağlı dövlət siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf və davam etdirilməsinə əsaslanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31