Mədəniyyət
Bu gün Fikrət Əmirovun doğum günüdür - VİDEO
Bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun doğum gündür.
Mehriban Ələkbərzadə yenidən Musiqili Teatrda
Azərbaycan Dövlət Musiqili Teatrında Bolqar yazıçısı Stanislav Stratiyevin “Avtobus” pyesi əsasında “Çarəsiz sərnişinlər” tamaşası hazırlanır. Olaylar.az bildirir ki, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa janr etibarı ilə alleqorik, eksentrik və ya təxəyyül komediyasının xüsusiyyətlərini daşıyır. Qeyd edək ki, bu əsər “Nuri-didə Ceyhun” tamaşasından sonra rejissorun Musiqili Teatrda ikinci işi olacaq.
“Koroğlu” operası Tahir Salahovun 90 illiyinə həsr olunacaq
Noyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasının tamaşası keçiriləcəkdir. Bu dəfəki tamaşa görkəmli Azərbaycan rəssamı, SSRİ Xalq rəssamı, SSRİ dövlət mükafatı laureatı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuşdur.
“Yaradanlar və yaşadanlar” layihəsi - Şahid Əbdülkərimovun yaradıcılığı
Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi bəstəkar Şahid Əbdülkərimovun yaradıcılığına həsr olunub. Olaylar.az bildirir ki, tədbir “Mədəniyyət” televiziya kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Belarus, Özbəkistan və Azərbaycanın opera sənəti ulduzları birgə çıxış edəcəklər
Dekabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Trubadur" operasının tamaşası nümayiş olunacaq. Opera və Balet Teatrının rəhbərliyi illərdən bəri formalaşmış ənənəsinə sadiq qalaraq yenidən tamaşada iştirak etmək üçün xarici sənətkarları dəvət edib. "Trubadur" operasının tamaşası bu dəfə Azərbaycanın tanınmış opera sənətkarları ilə yanaşı, həm də Belarus və Özbəkistanın opera ulduzlarının ifasında səslənəcək.
"Fələk qırmancı" romanının təhlili
Tarixin müəyyən mərhələsində, cəmiyyətdə baş verən dəyişikliklər, yaxud nəsillərin bir-birini əvəz eləməsi fonunda ideoloji mübarizələr elə kəskinləşir ki, bu, ədəbiyyata da təsir göstərir. Bu zaman ənənə və novatorluq, köhnəliklə yeniliyin qarşıdurması, ədəbi irs və varislik məsələsi aktuallaşır.
Türkiyəli sənətçilər jurnalistlərin suallarını cavablandıracaq
Noyabrın 23-də Bakıda, Nizami Kino Mərkəzində türk aktyorları və rejissorlarının iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Aytən Səfərova üçüncü dəfə ana olacaq
Mehdi Məmmədovun 100 illiyi qeyd edildi
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatrı Muzeyində görkəmli teatr rejissoru, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir təşkil edilib.
Uzun, incə bir yolun sonu...
“Kamança” pyesi tələbələrin quruluşunda
Noyabrın 20-də Azərbaycan Dillər Universitetində görkəmli yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin “Kamança” pyesi səhnələşdirilib. Olaylar.az bildirir ki, Səadət Nəbiyevanın rejissorluğu ilə baş tutan tamaşa universitetin tələbələri tərəfindən ingilis dilində təqdim olunub.
Teatr məktəblilərin görüşünə gəldi
Sumqayıt Dövlət Dram Teatrının kollektivi Sumqayıt məktəblilərinin estetik zövqünün, dünya görüşünün, bədii anlamının formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, onların Azərbaycan və dünya dramaturgiyası nümunələri ilə tanışlığına böyük önəm verir.
Muğam Mərkəzində İdris Mehdiyevin yaradıcılıq gecəsi
Beynəlxalq Muğam Mərkəzində əməkdar artist, vokal sənətinin görkəmli nümayəndəsi İdris Mehdiyevin yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.
Daşkənddə Firudin Səfərovun 85 illiyi qeyd edilib
Özbəkistanda Azərbaycanın və Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı, Əlişir Nəvai dına Özbəkistan Dövlət Opera və Balet Teatrının baş rejissoru, Firudin Səfərovun 85 illiyi geniş qeyd edilib.



.jpg)







.jpg)


