“Yeni il nağılı” adlı tamaşa təqdim olunacaq
Dekabrın 29-30-da Heydər Əliyev Sarayında uşaqların sevimli cizgi film qəhrəmanlarının iştirakı ilə ən maraqlı interaktiv, musiqili “Yeni il nağılı” adlı tamaşa təqdim olunacaq.
26 Noyabr 2018 13:41 MədəniyyətDekabrın 29-30-da Heydər Əliyev Sarayında uşaqların sevimli cizgi film qəhrəmanlarının iştirakı ilə ən maraqlı interaktiv, musiqili "Yeni il nağılı" adlı tamaşa təqdim olunacaq.
Simfonik orkestrin müşayiəti ilə baş tutacaq musiqili-nağılda uşaqlar Şaxta baba, Elza, Ələddin, Su pərisi və digər qəhrəmanlarla birgə möcüzəli nağıl ölkələrinə səyahət edəcəklər.
Musiqili-nağıl ən populyar cizgi filmlərinin motivləri əsasında hazırlanıb. Yeni il şənliyində simfonik orkestrin müşayiəti ilə müğənnilərin ifasında sevilən cizgi filmləri "Gözəl və Bədheybət", "Soyuq ürək", "Ələddin", "Pinokkio", "Mulan", "Kral Şir", "Su pərisi", "Vinni Pux" və başqalarından musiqilər səsləndiriləcək.
Cavad Tağızadənin dirijorluğu ilə keçiriləcək musiqili-nağılın rejissoru və ssenari müəllifi Aleksey Smirnovdu (Moskva).
Saat 12:00 və 15:00-da başlayacaq musiqili-nağılın biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından əldə etmək olar.