Putin atəşkəs qərarını şəxsən verib - Kreml
21:36 DünyaRusiya Prezidenti Vladimir Putin Aleşkdə atəşkəs rejiminin uğurla həyata keçirilməsi üçün bütün zəruri göstərişləri şəxsən verib.
Bu barədə Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ prezidentinin həyat yoldaşı Melaniya Trampın və Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratovanın iştirakı ilə Ağ Evdə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfi atəşkəs rejiminə əməl edib.
Dmitriyev qeyd edib ki, Aleşkdə həyata keçirilən humanitar missiya mərhəmət, qətiyyət və əməkdaşlıq sayəsində mühüm nəticələr əldə etməyin mümkünlüyünü göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31