Mədəniyyət
“Cəhənnəm sakinləri” tamaşası Şamaxıda
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi “Cəhənnəm sakinləri” tamaşası ilə Şamaxıda qastrolda olub. Olaylar.az bildirir ki, tamaşa Şamaxı Mədəniyyət Mərkəzində təqdim edilib. Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Həsən Məmmədovun xatirəsi anılıb
İkinci Fəxri xiyabanda kino sənətimizin inkişafında böyük xidmətləri olan, Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Məmmədovun xatirəsi anılıb. Tədbir sənətkarın doğum gününə, anadan olmasının 80 illiyinə həsr olunub. Olaylar.az bildirir ki, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Həsən Məmmədovun məzarı önünə gül dəstələri düzüblər.
"IV Türk Filmləri Həftəsi”nin açılışı olacaq
Noyabrın 23-də Nizami Kino Mərkəzində Türkiyə Mədəniyyət nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə Bakıda baş tutacaq "IV Türk Filmləri Həftəsi”nin açılış mərasimi olacaq.
Musiqili Teatrda həftəsonu
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar oynanılacaq.
Azərbaycan müğənnilərinin toy qiymətləri - SİYAHI
“İrəvan XX- əsrin əvvəllərində” mövzusunda dəyirmi masa
Azərbaycan Dillər Universitetində Qafqazşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “İrəvan XX- əsrin əvvəllərində” mövzusunda dəyirmi masa keçirilib.
Daşkənddə Azərbaycan yazıçısı Firuz Mustafanın kitabı çap olunub
Mikayıl Müşfiqin 110 illiyi qeyd olunub
Noyabrın 22-də Azərbaycan Texniki Universitetində görkəmli şair Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş tədbir keçirilib. “OLAYLAR”-a təhsil ocağından bildirilib ki, AzTU-nun prorektoru, professor İsa Xəlilov bildirib ki, tədbir Prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında 2018-ci il 17 may tarixli Sərəncamına əsasən reallaşıb.
“Cırtdan sərgüzəştləri” - Musiqili Teatrda Yeni il tamaşası
Hər zaman öz repertuarında uşaq tamaşalarına xüsusi yer verən Musiqili Teatr Yeni il bayramına görə uşaqların tətil günlərində balaca teatr həvəskarlarının görüşünə Azərbaycan xalq nağılı “Cırtdan”ın motivləri əsasında “Cırtdanın sərgüzəştləri” musiqili nağıl tamaşası ilə gələcək. Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru Ayla Osmanovadır.
22 noyabr onların doğum günüdür - Mədəniyyət adamları
Bu gün Fikrət Əmirov, Rasim Ocaqov, Həsən Məmmədov kimi Azərbaycanın mədəniyyət tarixinə öz töhfəsini vermiş şəxsiyyətlərin doğum günüdür.
Fidan Lukaşenko ilə görüşdü - VİDEO
Azərbaycanlı ifaçılar Amerikada musiqi yarışmasının qalib oldular
Azərbaycanlı gənc ifaçılar Nail Qurbanov və Elvina Qurbanova Nyu Yorkda keçirilən “Florida Keys International Music Competition” musiqi yarışında qalib olublar.
Bədii qiraət müsabiqəsi- “Hüseyn Cavid poeziyasından incilər” mövzusunda
Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev-Muzeyi elm ilə təhsilin inteqrasiyası çərçivəsində tələbə və şagirdlər üçün “Hüseyn Cavid poeziyasından incilər” mövzusunda bədii qiraət müsabiqəsi keçirir.
Yerli və kubalı caz ifaçıları eyni səhnədə
Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçıları geniş konsert proqramı ilə çıxış ediblər. Olaylar.az bildirir ki, tədbir iştirakçıları əvvəlcə sarayın foyesində caz musiqisini özündə əks etdirən rəsm sərgisi ilə tanış olublar.
“Dəlinin qeydləri” monotamaşası beynəlxalq teatr festivalında
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ölkəmizi İranın Təbriz şəhərində keçirilən “Əlif” beynəlxalq teatr festivalında “Dəlinin qeydləri” monotamaşası ilə təmsil edir.


.jpg)







.jpg)



