“Yaradanlar və yaşadanlar” - Əliağa Kürçaylı yaradıcılığı
Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert unudulmaz şair, dramaturq, bir çox məşhur mahnıların müəllifi Əliağa Kürçaylının yaradıcılığına həsr olunub.
28 Noyabr 2018 14:17 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert unudulmaz şair, dramaturq, bir çox məşhur mahnıların müəllifi Əliağa Kürçaylının yaradıcılığına həsr olunub.
Olaylar.az bildirir ki, tədbir "Mədəniyyət" televiziya kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Konsertdə xalq artisti Gülyanaq Məmmədova -"Tez gəl", əməkdar artistlər Rəşad İlyasov -"Gəl barışaq", Zakir Əliyev -"Könlüm sənindir", Azərbaycan Televiziyası və Radiosunun solistləri - Zabitə Hüseynova -"Mən sənin yanına gəlirdim", Pərviz Qasımov- "Küçəmizdən keçəndə sən", Günay İmamverdiyeva -"Gedəy üzü küləyə", Rövşən Əziz -"Heç xəbərin yoxdu sənin", xanəndə Könül Məmmədli -"Təki sən səslə məni" mahnılarını ifa ediblər.
İfaçıları xalq artisti Ağa Сəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edib.
Konsertin son nömrəsi-"Belə ola həmişə" mahnısı Gülyanaq Məmmədova, Rəşad İlyasov, Rövşən Əziz, Könül Məmmədli və Pərviz Qasımovun ifasında səslənib.
Tədbirin aparıcısı əməkdar artist Rəşad İlyasov olub.