Muğam Mərkəzi “Dəyirmi masa” layihəsinə start verir

Beynəlxalq Muğam Mərkəzində “Dəyərmi masa” da müxtəlif mövzular əhatə olunacaq. Bu dəfəki mövzu “Muğamlar və qəzəllər” adlanır.

Beynəlxalq Muğam Mərkəzində "Dəyərmi masa" da müxtəlif mövzular əhatə olunacaq. Bu dəfəki mövzu "Muğamlar və qəzəllər" adlanır.

Qəzəl seçiminin muğam ifaçılığındakı yerini nəzərə alaraq, Beynəlxalq Muğam Mərkəzi  "Dəyərmi masa" nın ilk mövzusunu qəzəllərin muğam ifaçılığındakı əhəmiyyəti məsələrəinə həsr edib. "Dəyərmi masa"nın gələcək tədbirləri klassik qəzəl ustadlarımızın qəzəl yaradıcılığına həsr olunacaqdır. Layihə çərçivəsidə əruz vəzninin müxtəlif bəhrləri haqqında da maraqlı söhbətlər olacaq.

Beynəlxalq Muğam Mərkəzinin "Dəyərmi masa"sının növbəti tədbiri  noyabrın 30- da Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir.

Qeyd edək ki, Muğam Mərkəzdə reallaşan "Dəyərmi masa"da Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, AMEA- nın Folklor İnsititunun direktoru, akademik Muxtar İmanov, Əməkdar İncəsənət Xadimi Sənubər Bağırova,  Bakı Musiqi Akademiyasının kafedra müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev,  Milli Konservatoriyanın müəllimləri-Əməkdar müəllim Qəzənfər Abbasov,filologiya üzrə fəlsəfə doktoru, dosent Fəxrədiin Baxşəliyev, muğam bilicisi Aqil Məlikov, Filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı qəzəl janrının muğam ifaçılığı sənətindəki əhəmiyyətindən danışacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31