Azərbaycan və Belarus gəncləri birgə çıxış etdilər
Beynəlxalq Muğam Mərkəzində yaradıcı Azərbaycan və Belarus gənclərinin birgə konserti keçirilib. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Belarus Respublikasının Təhsil Nazirliyinin dövlət gənclər siyasəti sahəsində 2018-2019 illər üçün birgə tədbirlər planına əsasən keçirilən“Azərbaycanda Belarus gəncləri günləri” çərçivəsində həyata keçirilib.
28 Noyabr 2018 17:12 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində yaradıcı Azərbaycan və Belarus gənclərinin birgə konserti keçirilib. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Belarus Respublikasının Təhsil Nazirliyinin dövlət gənclər siyasəti sahəsində 2018-2019 illər üçün birgə tədbirlər planına əsasən keçirilən"Azərbaycanda Belarus gəncləri günləri" çərçivəsində həyata keçirilib.
"Azərbaycanda Belarus gəncləri günləri"nin keçirilməsində məqsəd -iki ölkə arasında gənclər siyasəti sahəsində əməkdaşlığın, gənclərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsidir.Tədbir çərçivəsində Belarus və Azərbaycan gənclər təşkilatlarının rəhbərlərinin iştirakı ilə "Azərbaycan və Belarus gənclər siyasəti sahəsində inkişafı və əməkdaşlığı perspektivləri" mövzusunda dəyirmi masa təşkil olunub, gənclər üçün master-klasslar keçirilib, konsertlər və tarixi yerlərə ekskursiyalar təşkil olunub.
Tədbirdə Belarus Respublikasının Təhsil Nazirliyinin əməkdaşları və qeyri-hökümət təşkilatlarının yaradıcı gənclərindən ibarət nümayəndə heyəti iştirak edib.