Mədəniyyət

Xalq çalğı alətləri ifaçılarının birinci respublika müsabiqəsinə start verildi

27 Noyabr 2018 14:09

Azərbaycan Milli Konservatoriyasında Xalq artisti Hacı Xanməmmədovun anadan olmasının 100 illiyinə həsr edilmiş xalq çalğı alətləri ifaçılarının birinci respublika müsabiqəsinə start verilib.

Çinin məşhur jurnalında Nizami Gəncəvi haqqında məqalə

27 Noyabr 2018 14:06

Çinin ən nüfuzlu elmi nərşlərindən olan Pekin Xarici Dillər Universitetinin “Asiya və Afrika üzrə tədqiqatlar” jurnalında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı və Azərbaycan ədəbiyyatında yeri” adlı məqaləsi dərc olunub.

“Ah, bu uzun sevda yolu” tamaşası təqdim edildi

27 Noyabr 2018 13:55

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli şair Mikayıl Müşfiqin 110 illiyi münasibətilə “Ah, bu uzun sevda yolu” tamaşası təqdim edilib.

“Mənim Azərbaycanım” layihəsi yenidən təqdim olunacaq

27 Noyabr 2018 13:37

Dekabrın 25-də Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə “Mənim Azərbaycanım” konsert proqramı yenidən paytaxt sakinləri və xarici qonaqlara təqdim olunacaq.

Məşhur caz ulduzu Linley Marte Bakıda çıxış edəcək

27 Noyabr 2018 13:26

Noyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın məşhur caz ifaçısı Təranə Mahmudovanın yaradıcılığının 20 illiyinə həsr olunmuş “Baku Sound” adlı konsertdə dünya səviyyəli bas gitarist, məşhur caz ulduzu Linley Marte (Fransa) iştirak edəcək.

10 dəqiqəyə 1 milyon qazanacaq

27 Noyabr 2018 10:36

Tarzən Məmməd Ağasıyevin 70 illik yubileyi

26 Noyabr 2018 13:59

Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Televiziyası və Radiosunun “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində tarzən Məmməd Ağasıyevin 70illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

“Yeni il nağılı” adlı tamaşa təqdim olunacaq

26 Noyabr 2018 13:41

Dekabrın 29-30-da Heydər Əliyev Sarayında uşaqların sevimli cizgi film qəhrəmanlarının iştirakı ilə ən maraqlı interaktiv, musiqili “Yeni il nağılı” adlı tamaşa təqdim olunacaq.

İbad Hüseynov haqqında film təqdim olundu

26 Noyabr 2018 13:34

Nizami Kino Mərkəzində Qarabağ müharibəsinin iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov haqda çəkilmiş “Xüsusi təyinatlı İbad-2” filminin təqdimatı olub.

Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert

26 Noyabr 2018 13:29

Beynəlxalq Muğam Mərkəzində dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Beynəlxalq Muğam Mərkəzində, ADMİU – nin və Beynəlxalq Muğam Mərkəzinin birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində dahi bəstəkar, məşhur alim-pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti, sosialist əməyi qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Uşaq Avroviziyasının qalibi məlum oldu

26 Noyabr 2018 00:51

“Uşaq Avroviziya – 2018” beynəlxalq mahnı müsabiqəsinin qalibinin adı məlum olub. 20 ölkə nümayəndəsinin qatıldığı yarışmanın baş mükafatına polşalı Roksana Vengiel layiq görülüb.