Arif Babayevin 90 illiyi qeyd ediləcək

Noyabrın 30-da Nizami Kino Mərkəzində Azərbaycanın görkəmli kinorejissoru, Əməkdar incəsənət xadimi Arif Babayevin anadan olmasının 90 illiyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.

Noyabrın 30-da Nizami Kino Mərkəzində Azərbaycanın görkəmli kinorejissoru, Əməkdar incəsənət xadimi Arif Babayevin anadan olmasının 90 illiyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.

Tədbir Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Bu barədə  Dövlət Film Fondunun mətbuat xidmətinin rəhbəri Rəşad Qasımov məlumat verib.

Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığına həsr edilmiş fotosərgi açılacaq, milli kinomuzun inkişafındakı xidmətlərindən danışılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31