Təranə Mahmudovanın “Baku Sound” konserti
29 Noyabr 2018 14:12 MədəniyyətTanınmış azərbaycanlı ifaçı Təranə Mahmudova Beynəlxalq Muğam Mərkəzində "Baku Sound" adlı konsert proqramı ilə çıxış edib.
Olaylar.az bildirir ki, konsertdə caz üslubunda xalq kompozisiyaları və müasir caz əsərləri səsləndirilib.
Bu, Təranə Mahmudovanın caz üslubunda üçüncü konsertidir.
Gecədə bas-gitaraçı, caz ulduzu Linli Martenin, məşhur zərbçi, beynəlxalq festivallar iştirakçısı və laureatı Zaza Tserdsvadzenin və pianoçu Elbəy Məmmədzadənin müşayiəti ilə bir-birindən maraqlı musiqilər səsləndirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31