Mədəniyyət

Nazirliklər birgə bəyənat yaydılar

28 Noyabr 2018 15:07

Azərbaycan Respublikasının Mədəniyyət və Xarici İşlər nazirliklərinin birgə bəyanatı yayılıb.“Olaylar”ın məlumatına görə, bəyanatda bildirilib ki,2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib.“Sözügedən nominasiya sənədi Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib. Namizədlik sənədinin məhz Naxçıvan adı ilə təqdim edilməsində əsas məqsəd ölkəmizin qədim və tarixi regionu olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, eyni zamanda bu ənənələri YUNESKO səviyyəsində qorumaqdır.

Bakıda Beynəlxalq Kinofestival keçiriləcək

28 Noyabr 2018 14:37

2019-cu il yanvarın 25-dən 30-dək Bakıda Beynəlxalq İtaliya-Azərbaycan Kinofestivalı keçiriləcək. Kinosevərlər festival çərçivəsində dünyanın həm gənc, həm də tanınmış rejissorlarının filmlərinə tamaşa edə biləcəklər. Tədbirin keçirilməsində əsas məqsəd gənc istedadların üzə çıxarılması və müxtəlif ölkələrin rejissorları arasında təcrübə mübadiləsidir. Festival Azərbaycan Mədəniyyət Nazirliyi, “Imago Group” kino şirkəti, “Sandro Teti Editore” nəşriyyat evi və “United Cultures” təşkilatının təşkilati dəstəyi ilə keçiriləcək.

Xan əmi haqqında olan kitab təqdim olundu

28 Noyabr 2018 14:27

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Yubileylər silsiləsi” layihəsi çərçivəsində şair Şahlar Şuşalının “Mən tanıyan Xan əmi” kitabının təqdimatını keçirib.

“Yaradanlar və yaşadanlar” - Əliağa Kürçaylı yaradıcılığı

28 Noyabr 2018 14:17

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert unudulmaz şair, dramaturq, bir çox məşhur mahnıların müəllifi Əliağa Kürçaylının yaradıcılığına həsr olunub.

Teatr Yeni ilə hazırlaşır

28 Noyabr 2018 13:46

Sumqayıt Dövlət Dram Teatrı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və 2019-cu il üçün yeni proqramın hazırlığına start verib. Bu ilin bayram şənliyində kiçik yaşlı tamaşaçılar teatrda fərqli bir ssenari üzrə maraqlı, əyləncəli, musiqili tamaşanı seyr etmək imkanı əldə edəcəklər.

Əməkdar artist “Əlif” Festivalında birinci oldu

28 Noyabr 2018 13:37

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Şövqi Hüseynov İranın Təbriz şəhərində keçirilən "Əlif" beynəlxalq teatr festivalında "Ən yaxşı kişi" rolu nominasiyasında 1-cilik qazanıb.

UNESCO-nun Hökumətlərarası Komitəsində Ermənistanın Azərbaycana qarşı təxribatının qarşısı alınıb

27 Noyabr 2018 16:51

Mavrikinin paytaxtı Port Luisda UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyası başlayıb.

Azərbaycan, Polşa, Ukrayna opera ulduzları “Karmen” operasında

27 Noyabr 2018 16:46

Dekabrın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcəkdir. Olaylar.az bildirir ki, teatrın rəhbərliyi Karmen partiyasını ifa etmək üçün Polşanın Vroslav Opera Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İrina Jitinskanı dəvət edib.

Tanınmış meksikalı pianoçu Muğam Mərkəzində çıxış etdi

27 Noyabr 2018 16:23

Beynəlxalq Muğam Mərkəzində tanınmış meksikalı piano ifaçısı Xesus Lepe Riko konsert proqramı ilə çıxış edib. Olaylar.az bildirir ki, tədbir Meksikanın ölkəmizdəki Səfirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkiltçılığı ilə həyata keçirilib.

Maqsud Şeyxzadənin 110 illik yubileyi geniş qeyd olunacaq

27 Noyabr 2018 14:44

Bu il özbək ədəbiyyatında dramaturgiyanın banisi, tərcüməçi, pedaqoq, tanınmış ədəbiyyat nümayəndəsi, azərbaycanlı Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi tamam olur.

Səidə Ömər Ankarada Azərbaycanı təmsil edib

27 Noyabr 2018 14:32

Türkiyənin paytaxtı Ankara şəhərində "TÜRKSOY " Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı və Türkməneli Kültür Mərkəzi tərəfindən Kərkükün milli şairi olan Mehmet İzzet Hattatın həyat hekayəsini anladan və şeirlərindən ibarət olan kitabın təqdimatı keçirilib.