Molla Pənah Vaqifin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək

Dekabrın 5-də Beynəlxalq Muğam mərkəzində Molla Pənah Vaqifin poeziyasına həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək.

Dekabrın 5-də Beynəlxalq Muğam mərkəzində Molla Pənah Vaqifin poeziyasına həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək.

Olaylar.az bildirir ki, tam fərqli formatda hazırlanan bu tədbir, öz novatorluğu ilə sözünü deyən "Söz" layihəsinin yeni təşəbbüsüdür.

Gecədə Tural Əhməd, əməkdar artislər Hüsniyyə Mürvətova və Elxan Rza, Kamal Yaşar, xanəndələr Almaxanın Əhmədli, Pərviz Qasımov, Elgiz Əliyev, tarzən Şəhriyar İmanov çıxış edəcəklər.

Azərbaycan Televiziyasının Mədəniyyət kanalı və Beynəlxalq Muğam mərkəzinin təşkil etdiyi bu tədbir "Söz" layihəsinin televiziya silsiləsinə də start verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31