“Mirzə Şəfi Vazeh ədəbi məclisi”nin ilk toplantısı

“İstedadlı gənc yazarlara dəstək” layihəsi çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasında uşaq və yeniyetmələr üçün “Mirzə Şəfi Vazeh ədəbi məclisi” yaradılıb və məclisin ilk toplantısı keçirilib.

"İstedadlı gənc yazarlara dəstək" layihəsi çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasında uşaq və yeniyetmələr üçün "Mirzə Şəfi Vazeh ədəbi məclisi" yaradılıb və məclisin ilk toplantısı keçirilib.

Məclisin sədri, tanınmış uşaq yazıçısı, "Sehrli dünya" uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova yeni yaradılan qurumun məqsəd və vəzifələrindən söz açıb.

Yasamal rayon MKS-nin direktoru, UNESCO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan komitəsinin sədri, Lətifə Məmmədova bildirdi ki, ədəbi məclisin yaradılmasında əsas məqsəd istedadlı uşaqları, yeniyetmələri aşkar edib, onları ədəbi mühitə uyğunlaşdırmaq və istiqamətləndirməkdir.

Tarixçi-alim, tanınmış şair, "Məcmueyi-Şüəra" ədəbi məclisinin sədri Şahin Fazil, istedadlı şairə, uşaq yazıçısı Gülarə Munis çıxış edərək yeni yaradılmış məclisin fəaliyyətində uğurlar arzulayıblar.

"Mirzə Şəfi Vazeh ədəbi məclisi"nin ilk yığıncağında iştirak edən on yeddi istedadlı uşaq və yeniyetmə şeir, nağıl və hekayələrini məclis üzvlərinə təqdim ediblər.

Sonda "Buta" ansamblının ifasında musiqi nömrələri səsləndirilib və bütün iştirakçılara kitablar hədiyyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31