Tanınmış meksikalı pianoçu Muğam Mərkəzində çıxış etdi

Beynəlxalq Muğam Mərkəzində tanınmış meksikalı piano ifaçısı Xesus Lepe Riko konsert proqramı ilə çıxış edib. Olaylar.az bildirir ki, tədbir Meksikanın ölkəmizdəki Səfirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkiltçılığı ilə həyata keçirilib.

Konsertdən əvvəl Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Labardininin çıxışında tədbirin iki ölkə və xalqın yaxınlaşması, mədəniyyət və incəsənətlərinin qarşılıqlı tanıdılması məqsədi ilə keçirildiyi vurğulanıb.

Musiqi gecəsində İohann Sebastyan Bax, Lüdviq van Bethoven və Frederik Şopen kimi dünya klassiklərinin, habelə Meksikanın tanınmış bəstəkarlarının əsərləri səslənib. 

Qeyd edək ki, Xesus Lepe Riko bir sıra milli mükafatlara layiq görülüb. Piano üzrə Beynəlxalq Papantla Festivalının təsisçisi və baş direktorudur. 2011-ci ildən bu günə kimi Verakruz ştatının Papantla de Olarte "Lazara Meldiu" Bələdiyyə Mədəniyyət Evinin piano sinfinin rəhbəri və müəllimi kimi fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31