Xalq çalğı alətləri ifaçılarının birinci respublika müsabiqəsinə start verildi

Azərbaycan Milli Konservatoriyasında Xalq artisti Hacı Xanməmmədovun anadan olmasının 100 illiyinə həsr edilmiş xalq çalğı alətləri ifaçılarının birinci respublika müsabiqəsinə start verilib.

Azərbaycan Milli Konservatoriyasında Xalq artisti Hacı Xanməmmədovun anadan olmasının 100 illiyinə həsr edilmiş xalq çalğı alətləri ifaçılarının birinci respublika müsabiqəsinə start verilib.

Bu münasibətlə keçirilən tədbirdə təhsil ocağının rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək müsabiqənin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, müsabiqə instrumental ifaçılıqda yeni addımdır və milli musiqi ifaçılığına öz müsbət töhfələrini verəcək. Bu müsabiqə ilə yeni gənc ifaçıları azad yaradıcılıq həyatına istiqamətləndirəcəyik.

İnstrumental ifaçılıq üzrə 2 yaş qrupundan ibarət olan müsabiqə noyabrın 26-dan 30-dək iki mərhələ üzrə keçiriləcək.

Müsabiqənin məqsədi gənc nəslin estetik tərbiyəsinin, ümumi musiqi zövqünün formalaşması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi, ifaçılıq qabiliyyətinin yüksəldilməsi və təkmilləşdirilməsindən ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31