Tarzən Məmməd Ağasıyevin 70 illik yubileyi

Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Televiziyası və Radiosunun “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində tarzən Məmməd Ağasıyevin 70illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Televiziyası və Radiosunun "Mədəniyyət" kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində  tarzən Məmməd Ağasıyevin 70illik  yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Tədbir tarzənin  həyat və yaradıcılığı haqqında videoçarxın nümayişi ilə başlanıb. Xalq artisti Vamiq Məmmədəliyev,  millət vəkili Qənirə Paşayeva və jurnalist- publisist Sədaqət Kərimova çıxış ediblər. Onlar Məmməd Ağasıyevin ecazkar sənəti haqqında xatirələri ilə bölüşdülər.    

Konsert proqramında xalq artistləri Zabit Nəbizadə, Gülyanaq Məmmədova, Nəzakət Teymurova, Gülyaz Məmmədova, əməkdar artist Feyruz Səxavət  çıxış etdilər. 

Müşayiət edirdi xalq artisti Adil Bağırovun bədii rəhbərliyi altında Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı.

Tədbirin aparıcısı Azərbaycan Yazıcılar Birliyinin katibi, şair, yazıçı İlqar Fəhmi idi.

Gecənin sonunda sənətkarın qızı Sevinc Ağası ailəsi adından  layihənin təşəbbüskarı və təşkilatçısı olan Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə və belə layihələrə iformasiya dəstəyi göstərən Azərbaycan Televiziyası və Radiosunun "Mədəniyyət" kanalına təşəkkürünü bildirərək, atasının xatirəsinə bəstələdiyi "Xatirələr" mahnısını ifa etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31