Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert
Beynəlxalq Muğam Mərkəzində dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Beynəlxalq Muğam Mərkəzində, ADMİU – nin və Beynəlxalq Muğam Mərkəzinin birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində dahi bəstəkar, məşhur alim-pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti, sosialist əməyi qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
26 Noyabr 2018 13:29 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Beynəlxalq Muğam Mərkəzində, ADMİU - nin və Beynəlxalq Muğam Mərkəzinin birgə "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində dahi bəstəkar, məşhur alim-pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti, sosialist əməyi qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Tədbirdə ADMİU- nin Musiqi sənəti fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Qaralova çıxış edərək Qara Qarayevin yaradıcılığından söhbət açıb.
Daha sonra bəstəkarın həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub.
Konsertdə Qara Qarayevin yaradıcılığının müxtəlif dövrlərində yazdığı Simli kvartet üçün Sonatina, "Eskiz", "İldırımlı yollarla"baletindən "Ehtiraslı qızın rəqsi", "Çar kəndinin heykəli", "Afrodita adası" tamaşasından mahnı, "Yeddi gözəl" baletindən "Vals", "Don Kixot" simfonik qravürləri, "Dənizi fəth edənlər" k/f-dən "Gənclik mahnısı" və "Xoşbəxtlik mahnısı" kantataları tələbələrin ifasında səslənib.