İbad Hüseynov haqqında film təqdim olundu

Nizami Kino Mərkəzində Qarabağ müharibəsinin iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov haqda çəkilmiş “Xüsusi təyinatlı İbad-2” filminin təqdimatı olub.

Nizami Kino Mərkəzində Qarabağ müharibəsinin iştirakçısı, "Azərbaycan Bayrağı" ordenli İbad Hüseynov haqda çəkilmiş "Xüsusi təyinatlı İbad-2" filminin təqdimatı olub.

Dünya Gənc Türk Yazıçılar Birliyi məsləhət Şurasının rəhbəri Əkbər Qoşalının aparıcılığı ilə keçən təqdimat mərasimində əvvəlcə filmin yaradıcı heyəti səhnəyə dəvət edilib.

Filmin ssenarı müəllifi Cəlaləddin Qasımov çıxış edərək film barədə məlumat verib. Ekran əsərinin quruluşçu rejissoru Natiq Novruzov, ikinci rejissoru Rəşad Nuri, quruluşçu operatoru Fahir Səmədoğludur. Döyüş səhnələri ilə zəngin filmdə İbad rolunu Elçin Məmmədli canlandırıb. Filmdə, həmçinin Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Xalidə Quliyeva, aktyor Rəşad Səfərov və başqaları çəkiliblər.

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın adından tədbir iştirakçılarını salamlayan Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu bildirib ki, İbad Hüseynov təkcə Azərbaycanın deyil, türk və İslam dünyasının qəhrəman övladıdır. Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral bildirib ki, millətləri millət edən onların qəhrəmanlarıdır.  Filmin yaradıcı heyəti mükafatlandırıldıqdan sonra ekran əsəri tamaşaçılara təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31