"Bu dəhşətdir. Onun qarşısını necə alacağıq?" - Könül efirdə ÜSYAN ETDİ - VİDEO

Əməkdar artist Könül Kərimova Nanə Ağamalıyevanın təqdimatında yayımlanan "ŞOU ATV" proqramında sərt çıxışı ilə yadda qalıb.

Milli.Az xəbər verir ki, xanım sənətçi bayağı musiqilər, qeyri-peşəkar ifaçıların günbəgün artmasına üsyan edib. 

K.Kərimova ən çox da həmin ifaçıları verilişlərə, məclislərinə dəvət edən şəxsləri qınayıb:

"Bu gün kütlə o qədər cılız bir musiqinin ardınca qaçır, bu o qədər çoxluq təşkil edir ki, onun qarşısını almaq üçün nə edək, nə cür edək bilmirəm. Yəni bu qədərmi fikirlərdə çaşqınlıq düşüb? Elə bir məclislərə dəvət alırıq ki, gedirəm, utanıram ki, görüm kimlər var. Kimlərlə biz bir səhnəni paylaşırıq, dəhşətdir e bu!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31