İqtisadiyyat
Ölkə üzrə 28 MMMC yaradılıb
2016-cı ilin II rübündə Bakı şəhərinin Yasamal rayonunda 2, Binəqədi, Nərimanov və Səbail rayonlarının hər birində 1 və Abşeron rayonunda 1 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaradılaraq dövlət qeydiyyatından keçib.
Sığortalanmayan əmanətlərin taleyi necə olacaq?
Mərkəzi Bankın kammersiya bankları məcmu kapitalının 5 dəfə-10 milyondan 50 milyonadək artırılmasını barədə qərarı bir sara bankların birləşməsi, digərlərinin isə fəaliyyətini dayandırması ilə nəticələndi.
Energetika naziri ExxonMobil şirkətinin nümayəndə heyəti ilə görüşüb
Energetika naziri Natiq Əliyev ExxonMobil şirkətinin Azərbaycan üzrə baş meneceri Elister Maklidin (Alistair MacLeod) rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bank müflis olanda əmanət və kreditlərə faiz necə hesablanır?
Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bir sıra ölkələrin nəinki iqtisadi sisteminə, eləcə də maliyyə-kredit siyasətinə mənfi təsir göstərib. Dünya ölkələrində cərəyan edən iqtisadi proseslər hətta neft ixrac edən əksər ölkələrə təsirsiz ötüşməyib. Baş verən proseslər beynəlxalq aləmə inteqrasiya edən Azərbaycan iqtisadiyyatında da mənfi fəsadları ilə yadda qalıb.
“İqtisadiyyat və maliyyə elmlərinin əsaslarını bilməyənlər....”
Son aylar yenidən ölkənin maliyyə bazarlarında arzuedilməz halların yaşanacağına dair iddialar irəli sürülməkdədir. Xüsusilə, rentabellə işləməyən bankların bağlanması istiqamətində atılan haqlı addımlar bəzilərində belə bir fikir formalaşdırıb ki, maliyyə bazarlarında keçən ilin dekabrında baş verən devalvasiyadan sonrakı proseslər təkrar olunacaq. Düzdür, bu cür qeyri-dəqiq və əsassız yanaşmalara qarşı bir sıra iqtisadçılar tərəfindən faktlara söykənın mövqe ortaya qoyulsa da, lakin hər zaman ağı qara görməyə vərdiş etmiş müəyyən insanlar qərəzli yanaşmalarından əl çəkmirlər.
Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılan vergi ödəyicilərinin adları açıqlanıb
Azərbaycan Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılan fiziki və hüquqi şəxslərin adlarını açıqlayıb.
“Wi-Fi” qəbuledicisinin optik analoqu yaradıldı
"Facebook Connectivity Lab" laboratoriyasının mütəxəssisləri hava ilə ötürülən optik rabitə siqnallarının aşkarlanması üçün yeni konseptual yanaşma təqdim ediblər.
Turizm mövsümü perspektivli olacaqmı?
Artıq bir müddətdir ki, yay turizm mövsümünə start verilib. Ötən müddət ərzində ölkədə turizmin inkişaf etdirilməsi, Azərbaycana xarici turistlərin cəlb olunması istiqamətində görülən işlər, yaradılan şərait onu deməyə əsas verir ki, bu il turist kimi Azərbaycana təşrif buyuracaq xaricilərin sayında əvvəlki illərə nisbətən artım qeydə alınacaq.
Ölkədə makroiqtisadi sabitlik təmin olunacaq
Yeni qurum milli iqtisadiyyatın rəqabət qabiliyyətini artıracaq
“Düzgün idarəetmə qurmayan, məsuliyyətsiz kreditləşmə həyata keçirən bankların bazardan getməsi labüddür”
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) iyulun əvvəlindən başlayaraq banklarda yoxlamalara başlayanda bunun nəticəsinin bəzi banklar üçün ağrılı olacağını güman edilirdi. Palatanın bəzi banklara kapitalı müxtəlif səviyyədə artırmaq tələbi sərt addımların atılacağından xəbər verirdi. Palatanın Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarı ilə 4 bankın - “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin lisenziyasının ləğv edilməsi diqqəti yenidən bank sektoruna yönəldib. Bu, Palatanın ilk bağlama qərarı idi. Çünki ona qədər Mərkəzi Bank bankları ləğv etmək səlahiyyətinə malik olub.
“Günəşli” yatağındakı quyu əsaslı təmirdən sonra istismara verilib
“Günəşli” yatağında istehsal gücünün artırılması məqsədi ilə “Azneft” İstehsalat Birliyi tərəfindən quyularda intensiv əsaslı təmir işləri aparılır.
Bankların sayını bazar özü müəyyən etməlidir
Keçən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra neft ixrac edən əksər ölkələr kimi Azərbaycan iqtisadiyyatında da mənfi tendensiya müşahidə edildi. Yaranmış vəziyyət daha çox özünü ölkənin maliyyə bazarlarında, bank sektorunda büruzə verdi. Əmanətçilərlə banklar arasında meydana çıxan problem, eləcə də bankların rentabellə fəaliyyət göstərə bilməməsi tədricən bir neçə bankın öz fəaliyyətini dayandırmasına, bəzilərinin isə birləşməsinə gətirib çıxardı. Onu da etiraf etmək lazımdır ki, dövlət də öz növbəsində bankları düşmüş olduğu böhranlı vəziyyətdən çıxarmaq üçün bir sıra stimulverici addımlar atdı.
Azərbaycanda dörd bank birdən bağlandı
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.
2 manatın 1 dollar olacağı vaxt açıqlandı - Şok
Azərbaycanda bir sıra banklarda dollar qıtlığı yaşanmaqdadır.














