“Günəşli” yatağındakı quyu əsaslı təmirdən sonra istismara verilib

“Günəşli” yatağında istehsal gücünün artırılması məqsədi ilə “Azneft” İstehsalat Birliyi tərəfindən quyularda intensiv əsaslı təmir işləri aparılır.

"Günəşli" yatağında istehsal gücünün artırılması məqsədi ilə "Azneft" İstehsalat Birliyi tərəfindən quyularda intensiv əsaslı təmir işləri aparılır. "OLAYLAR"-ın xəbərinə görə, yataqdakı 13 saylı dərin dəniz özülündə 352 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin Fasilə lay dəstəsindən qazlift üsulu ilə mənimsənilmiş və 2825-2810 metr intervalından gündəlik 50 ton neft hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31