Bank müflis olanda əmanət və kreditlərə faiz necə hesablanır?
Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bir sıra ölkələrin nəinki iqtisadi sisteminə, eləcə də maliyyə-kredit siyasətinə mənfi təsir göstərib. Dünya ölkələrində cərəyan edən iqtisadi proseslər hətta neft ixrac edən əksər ölkələrə təsirsiz ötüşməyib. Baş verən proseslər beynəlxalq aləmə inteqrasiya edən Azərbaycan iqtisadiyyatında da mənfi fəsadları ilə yadda qalıb.
26 İyul 2016 13:53 İqtisadiyyatDünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bir sıra ölkələrin nəinki iqtisadi sisteminə, eləcə də maliyyə-kredit siyasətinə mənfi təsir göstərib. Dünya ölkələrində cərəyan edən iqtisadi proseslər hətta neft ixrac edən əksər ölkələrə təsirsiz ötüşməyib. Baş verən proseslər beynəlxalq aləmə inteqrasiya edən Azərbaycan iqtisadiyyatında da mənfi fəsadları ilə yadda qalıb. Yaranmış vəziyyət daha çox ölkənin maliyyə bazarlarında, bank sektorunda və pul-kredit siyasətində özünü göstərməkdədir. Banklarla müştərilər arasında meydana çıxan problem, eləcə də bankların rentabellə fəaliyyət göstərə bilməməsi nizmnamə kapitalını ödəyə bilməyən bankların birləşməsinə, bir neçə bankın isə fəaliyyətinə xitam verilməsilə nəticələndi. Hazırda da ölkənin maliyyə və bank sektorunda müəyyən xaotik proseslər cərəyan etməkdədir. Xüsusilə, son günlər Amerika dollarının yenidən bahalaşacağı barədə irəli sürülən ehtimallar müəyyən çaşqınlıq yaradıb. Baş verə biləcək hər hansı neqativ hadisənin banklara da təsirsiz ötüşməyəcəyi bildirilir. Artıq Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının tarixli qərarı ilə "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalar ləğv edilib. İndi narahatçılıq yaradan məqam ondan ibarətdir ki, müştərilər lisenziyasına xitam verilmiş banklardan əmanətlərini ala biləcəklərmi? Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu dərhal məlumat "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-də sığorta hadisəsi baş verib. "Əmanətlərin sığortalanması haqqında" qanunun 2.1.9-cu maddəsinə müvafiq 25 iyul 2016-cı il tarixi adıçəkilən 4 bankda sığorta hadisəsinin baş verdiyi gün hesab olunur. "Əmanətlərin sığortalanması haqqında" qanunun 28.1-ci maddəsinə uyğun olaraq, bu bankların qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə bu ilin avqust ayının 1-dən başlanacaq və bu haqda ətraflı məlumat veriləcək. Fond məlumat üçün bildirir ki, 01 mart 2016-cı il tarixdə qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında" qanunun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilib və 02 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3 % həddində olan fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır. Maraqlıdır, bu halda bağlanan banklarda əmanətlər və kreditlərə görə hesablanan faizlərin taleyi necə olacaq?
İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, bağlanan banklarda müflisləşmə qərarından sonra əmanətlər üzrə faizin hesablanmasının dayandırılması, lakin kreditlər üzrə faizin hesablanmasının davam etdirilməsi diqqəti çəkən məqamlardandır. Məsələn, bir şəxsin bağlanan 4 bankdan birində əmanəti, digərindən isə krediti var. Hər iki bank müflis elan edilib. Bu zaman bir bankda onun əmanətinə faiz hesablanması dayandırılır, amma digərində kreditinə faiz hesablanmaqda davam edir. Əmanətlərin Sığortalanması Fondunun mövcud qaydalarına əsasən əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir. Sığorta hadisəsi baş verəndən sonra yaranan xərclələrə isə fond məsul deyil. Amma vətəndaşın qorunan əmanətini geri alması bəzən bir neçə ay zaman tələb edir və həmin aylara faiz hesablanmır. Bu halda vətəndaş kredit faizlərini fasiləsiz banka ödəmək məcburiyyətindədir: "Bu isə o deməkdir ki, vətəndaşın öhdəliyi ilə bankın öhədliyi bir-birindən fərqləndirilir. Bank müflis olandan sonra əmanətinə hesablanmalı olan faizini ala bilməyən vətəndaş müflisləşməkdən sonra da kredit faizlərini banka ödəməyə davam edir. Fond tərəfindən qorunan əmanətlərə görə hesablanmış faizin sığorta hadisəsi baş verən günədək deyil, məhz əmanətçinin öz pulunu aldığı günədək hesablanmasına ehtiyac var. Digər tərəfdən, mövcud qaydalara əsasən, əmanətçiyə kompensasiya ərizənin verildiyi tarixdən etibarən 90 gün müddətində Fond tərəfindən ödənilir. Eyni zamanda, müstəsna hallarda Fondun Himayəçilik Şurasının qərarı ilə kompensasiyanın ödənilməsi 90 günədək uzadıla bilər. Deməli, əmanətçi öz pulunu 6 aydan sonra da ala bilər. Əgər vətəndaşa əmanət 180 gündən sonra ödəniləcəksə o zaman bankın müflisləşməsindən keçən həmin müddətə faiz niyə hesablanmasın ki?" Yeri gəlmişkən qeyd edək ki, əksər ekspertlər hesab edirlər ki, Mərkəzi Bank valyuta bazarına müdaxilə etmədiyinə görə, manatın zəifləməsi prosesi baş verir. Odur ki, mərkəzləşdirilmiş kreditlər ünvanlı qaydada paylamalıdır ki, bu kreditlər dollar alınmasına yönəlməsin. Bu yolla manatın möhkəmlənməsinə nail olmaq mümkündür. Mərkəzi Bank bu addımları atmadıqca manatın zəifləməsi prosesi davam edəcək. Manatın zəifləməsi isə banklarda da müəyyən problemlər yaradır və bu nəticədə bankların likvidliyinin aşağı düşməsinə gətirib çıxarır. V. Bayramov hesab edir ki, dolların möhkəmlənməsi prosesi dollarla kredit olan vətəndaşlar üçün də problemlərə yol açır: "Əgər bu proses davam edəcəksə vətəndaşlar dollarla olan kredit ödəməkdə çətinlik çəkəcəklər. Kreditlərin ödənilməməsi də banklar üçün problemli kreditlərin həcminin artmasına gətirib çıxaracaq. Ona görə də dollarla krediti olan şəxslərə güzşətlər tətbiq edilməlidir. Artıq bununla bağlı hökumtətə 6 aydan artıqdir ki, təkliflərimizi də təqdim etmişik. Amma indiyədək dollarla kreditlərə güzəştlərin verilməsi ilə bağlı hər hansı güzəşt ortada yoxdur. Bu vətəndaşlar üçün problem yaratdığı kimi, banklar üçün də problemlər yaradır. Odur ki, hökumət dollarla krediti olan vətəndaşlara güzəşt verməlidir. Bu, həm maliyyə bazarında müəyyən sabitlyij yaranmasna gətirib çıxarar, həm də ki bankları gözləyən təhlükələrdən xilas edə bilər. Çünki nəticədə nəinki bankların problemi kreditlərinin həcmi artacaq, eyni zamanda likvidliyi aşağı düşəcək".
Alim