“İqtisadiyyat və maliyyə elmlərinin əsaslarını bilməyənlər....”
Son aylar yenidən ölkənin maliyyə bazarlarında arzuedilməz halların yaşanacağına dair iddialar irəli sürülməkdədir. Xüsusilə, rentabellə işləməyən bankların bağlanması istiqamətində atılan haqlı addımlar bəzilərində belə bir fikir formalaşdırıb ki, maliyyə bazarlarında keçən ilin dekabrında baş verən devalvasiyadan sonrakı proseslər təkrar olunacaq. Düzdür, bu cür qeyri-dəqiq və əsassız yanaşmalara qarşı bir sıra iqtisadçılar tərəfindən faktlara söykənın mövqe ortaya qoyulsa da, lakin hər zaman ağı qara görməyə vərdiş etmiş müəyyən insanlar qərəzli yanaşmalarından əl çəkmirlər.
26 İyul 2016 13:06 İqtisadiyyatFikrət Yusifov: "Cəmiyyətə dərs öyrətmək həvəsindədirlər"
Son aylar yenidən ölkənin maliyyə bazarlarında arzuedilməz halların yaşanacağına dair iddialar irəli sürülməkdədir. Xüsusilə, rentabellə işləməyən bankların bağlanması istiqamətində atılan haqlı addımlar bəzilərində belə bir fikir formalaşdırıb ki, maliyyə bazarlarında keçən ilin dekabrında baş verən devalvasiyadan sonrakı proseslər təkrar olunacaq. Düzdür, bu cür qeyri-dəqiq və əsassız yanaşmalara qarşı bir sıra iqtisadçılar tərəfindən faktlara söykənın mövqe ortaya qoyulsa da, lakin hər zaman ağı qara görməyə vərdiş etmiş müəyyən insanlar qərəzli yanaşmalarından əl çəkmirlər. "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov deyir ki, həmin şəxslər bir qayda olaraq statistik rəqəmlər, ortada olan mövcud vəziyyətə deyil, boş, mənasız iddialara, həqiqəti əks etdirməyən münasibətə üstünlük verirlər. İqtisadçı deyir ki, dəfələrlə bu qəbildən olan insanların iddialarını, qərəzli yanaşmalarını ifşa edən açıqlamalar versə də, lakin bu qrupdan olan şəxslər öz məkrli hərəkətlərini davam etdirirlər: "Bu günlərdə facebookda Əhmədov Faiq adlı birisinin mənim mətbuatda son yazımı təftiş etmək cəhdinə rast gəldim. Məsələni bir qədər dərindən araşdırdıqdan sonra bəlli oldu ki, bu adamın baxışları kifayət qədər xətalıdır. İxtisasca mühəndis olsa da, özünü dünyanın ən güclü maliyyəçisi hesab edir. Mənim bu ilin iyul ayının 21-də mətbuat səhifələrində getmiş "Mövcud iqtisadi duruma qara yaxanlara..." başlıqlı yazımda Azərbaycanda 2015-ci ildə istehsal olmuş 54 milyard manat Ümumi Daxili Məhsulun Alıcılıq Qabiliyyəti Prioriteti ilə ABŞ bazarında 169 milyard manat qiymətə olması ilə bağlı fikirlərimi belə izah edir. "Ölkənin 2015-ci ildə 54 milyardlıq ÜDM-də Neftin payı 16 milyard manat təşkil edir ki, bu da 1.52 məzənnəsilə 10.5 milyard dollardır. Görəsən 54 milyard manatı ABŞ bazarında 169 milyard dollar dəyərləndirən professor 10 milyadlıq nefti 31 milyardda necə qaldırır ? Belə çıxır ki, ABŞ bazarında neftin qiyməti dünyadan 3.1 dəfə bahadır?" Bu savadsız açıqlamaya cavab belədir. Öncə onu deyim ki, bu mənim hesablamam deyil, Alıcılıq Qabiliyyəti Prioriteti əsasında Beynəlxalq Valyuta Fondunun hesablamasıdır. (Dünya Bankı bizim 2015-ci il üçün həmən 54 milyard manat ÜDM-u Alıcılıq Qabiliyyəti Prioriteti əsasında 171 milyard dollar həddində qiymətləndirib). Bu cənab özündənmaliyyəçi bilməlidir ki, hər iki Beynəlxalq Maliyyə institutunda kifayət qədər peşəkar maliyyəçilər çalışır və bu hesablamalar onlara məxsusdur. Heç şübhəsiz ki, onlar bizim "qəhrəmanı" narahat edən məsələni - ÜDM-dakı neftin payını onun düşündüyü kimi üç dəfə yüksək götürə bilməzlər. Deməli hər şey doğrudur. Bəs belə olan halda mənim yazılarımın mətbuatda 45-dən çox sayt və qəzetlərdə getməsinə bu cənab nə üçün belə əsəbləşib? Onun facebook səhifəsində yazdığı statuslara baxdım. Əgər bu adam özü haqqında yazırsa ki, birjada mən olan yerdə bütün dünya analitikləri qələt edir - bu artıq ortada başqa mətləblərin olduğundan xəbər verir. O tək özündən razı deyil, həm də yalan danışmağı yaxşı bacarır. Adam yazır ki, "Konstitusiyada Dövlət borcunun məhdud limiti var və bu ÜDM-in 30 faizi qədərdir. Bunu keçmə halı texniki defolt deməkdir. Yəni sənə borc lazımdır , sən isə qanunla bunu ala bilmirsən. Buna deyirlər texniki DEFOLT". Fikrət Yusifov qeyd edib ki, Konstitusiyamızda dövlət borcuna limit müəyyən edən heç bir müddəa yoxdur: "Texniki defolt isə o vaxt baş verir ki, dövlət öz borc öhdəliklərini tam və ya qismən yerinə yetirə bilmir. Bu cənabdan soruşan gərək sizə dövlətimizin hansısa bir borcu ödəyə bilməməsi barədə nə isə məlumdur? Təbii ki, belə hal olmadığından bu cürə məlumatın olması da mümkün deyil. Bəs onda bu nə yalandır sosial şəbəkə vasitəsilə cəmiyyətə ötürmək istəyir bu heç kimin tanımadığı "dünya miqyaslı maliyyəçi"? Təəssüf ki, bu gün iqtisadiyyat və maliyyə elmlərinin əsaslarını bilməyən, ancaq cəmiyyətə məmnuniyyətlə dərs öyrətmək həvəsində olanlara tez-tez rast gəlirik".
Süleyman