Ölkə üzrə 28 MMMC yaradılıb
2016-cı ilin II rübündə Bakı şəhərinin Yasamal rayonunda 2, Binəqədi, Nərimanov və Səbail rayonlarının hər birində 1 və Abşeron rayonunda 1 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaradılaraq dövlət qeydiyyatından keçib.
27 İyul 2016 13:34 İqtisadiyyat2016-cı ilin II rübündə Bakı şəhərinin Yasamal rayonunda 2, Binəqədi, Nərimanov və Səbail rayonlarının hər birində 1 və Abşeron rayonunda 1 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaradılaraq dövlət qeydiyyatından keçib. Bu barədə İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumatada bildirilir ki, bununla da ölkə üzrə MMMC-lərin sayı 28-ə çatıb. Məlumatda o da bildirilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən mənzil-kommunal sahəsində qanunvericiliyin təbliği, bu sahədə formalaşmaqda olan yeni münasibətlər, çoxmənzilli binalarda mütərəqqi idarəetmə üsullarının tətbiqinə dair maarifləndirmə tədbirləri davam etdirilir. Belə ki, Nazirliyin təşkilatçılığı ilə mütəmadi olaraq Bakıda və regionlarda çoxmənzilli binaların sahə mülkiyyətçiləri ilə görüşlər keçirilir, onlara Mənzil Məcəlləsindən irəli gələn hüquq və vəzifələr, yeni idarəetmə metodlarının üstünlüyü barədə məlumat verilir.
Bundan başqa, Nazirliyin əməkdaşları çoxmənzilli binaların sahə mülkiyyətçiləri ilə müzakirələr aparır, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin (MMMC) təşkili istiqamətində tövsiyələr verir, bu mövzuya aid maarifləndirici broşürlər və materiallar paylanılır, MMMC-lərin yaradılmasının qanunvericilikdə nəzərdə tutulmuş əsasları izah edilir.