Sığortalanmayan əmanətlərin taleyi necə olacaq?
Mərkəzi Bankın kammersiya bankları məcmu kapitalının 5 dəfə-10 milyondan 50 milyonadək artırılmasını barədə qərarı bir sara bankların birləşməsi, digərlərinin isə fəaliyyətini dayandırması ilə nəticələndi.
27 İyul 2016 13:17 İqtisadiyyatKredit və depozitlərin ödənilməsi hansa qaydada həyata keçirilir?
Mərkəzi Bankın kammersiya bankları məcmu kapitalının 5 dəfə-10 milyondan 50 milyonadək artırılmasını barədə qərarı bir sara bankların birləşməsi, digərlərinin isə fəaliyyətini dayandırması ilə nəticələndi. Məlumata görə, bu hələ son deyil və bir sara bankların da fəqliyyətində müəyyən problemlər yaşanmaqdadır. Artıq Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının tarixli qərarı ilə "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalar ləğv edilib. Qeyd edək ki, Azərbaycan kommersiya bankları birləşməkdə maraqlı deyillər, onların meflis olması daha məqsədəuyğun hesab edilir. Belə vəziyyətin yaranması heç şübhəsiz ki, ölkənin bank sektoruna inamı azalda və onların fəaliyyətinə neqativ təsir göstərər. Ekspertlərin qənaətinə görə, bankların lisenziyasının geri alınması zamanı ən çox diqqət çəkən məsələlərdən biri kommersiya banklarında əhalinin əmanətlərinin taleyi ilə bağlıdır. Mövcud qaydalara əsasən, əmanətlərinin məbləği 30 min manat olan və illik göstəricisi doqquz faiz və ya daha az olan əmanətlər sığortalanır. Müflisləşmə baş verərsə, əmanətlər sığortalanma fondu tərəfindən geri qaytarılır. Yəni vətəndaşın banklardakı əmanəti 30 min manatdan azdırsa və sığorta faizi fondun müəyyən etdiyi faizə uyğundursa, o zaman heç bir problem olmayacaq. Ən böyük narahatçılıq məbləği 30 min manatdan artıq olan və daha yüksək faizlə qoyulan əmanətlərdir. Aparılan tədqiqatlar göstərir ki, banklarda olan əmanətlərin üçdə biri məhz sığortalanmayan əmanətlərdir. Ona görə də bankların birləşdirilməsi baş verdiyi zaman əmanətlərin saxlanılması daha asan olur. Belə ki, vətəndaşın əmanəti müqavilədə olan şərtlərlə başqa bir banka avtomatik olaraq transfer edilir. Eyni zamanda vətəndaş bundan sonra əmanəti götürmək və ya bankda saxlamaqla sərbəst qərar verə bilər. Əgər bankın statusu dəyişərsə, bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərərsə, o zaman təbii ki, vətəndaş əmanəti burda saxlaya bilməyəcək. Əmanət geri götürülməlidir. Çünki bank olmayan kredit təşkilatlarında əmanətlərin saxlanılmasına qanunvericiliklə icazə verilmir. Bank müflis olduqda belə sığortalanan əmanətlər qaytarılacaq. Sığortalanmayan əmanətlər isə həmin bankın aktiv və passivlərinin müqayisəsi nəticəsində aparılacaq. Əgər bankın aktivləri passivlərindən çoxdursa, bu zaman sığortalanamayan əmanətlərin qaytarılmasında heç bir problem olmayacaq. Eyni zamanda, bankın öhdəlikləri banka olan borcdan çoxdursa, bu halda problemin olacağı istisna edilmir.
İqtisadçı ekspert Vüqar Bayramov deyir k, vətəndaş istənilən zaman müqaviləyə uğun olaraq öz əmanət müqaviləsini həmin bankla poza bilər: " Yəni vətəndaş əmanətini bankda 1 il müddətinə yerləşdiribsə və iki aydan sonra geri götürmək istəyərsə, bu zaman ya vətəndaşa faiz ödənilmir, ya da ki əmanət illik aşağı faizlə ödənilərək qaytarılır. Ancaq bütün hallarda əmanət müqavilələri vətəndaşa hüquq verir ki, vaxtından əvvəl pulunu geri götürə bilsin. Bu zaman da şərtlər fərqli olur. Amma təəssüf ki, bankın müflisləşmə təhlükəsi olan zaman vətəndaş əmanəti götürmək istəyəndə problemlər yaşanır. Bu da onunla bağlıdır ki, kommersiya banklarının bir qismində nağd likvidlik (nağd pul) aşağıdır. Buna görə də məcmu kapitalını yerinə yetirməyən banklar çox olarsa, nağd likvidlik problemi baş verəcək. Bu gün bunun üçün çoxlu sayda insan müraciət edir. Bütün hallarda əmanətlər geri qaytarılmalıdır. Problem olduğu zaman vətəndaş məhkəməyə müraciət etməklə problemi həll edə bilər". Ekspert deyir ki, banklar birləən zaman əmanətlərdə olduğu kimi kreditlərdə də öhdəliklər davam edəcək. Avtomatik olaraq vətəndaşın kredit müqaviləsi eyni şərtlərlə başqa bir banka transfer edilir: "Əmanətçiləri belə bir sual narahay edir ki, bank müflis olarsa və ya başqa banka birləşdirilərsə, kredit qaytarılmayacaq. Bu, doğru deyil. İstənilən halda alınan kredit qaytarılacaq və kredit öhdəliyi davam etdiriləcək. Bu da onu göstərir ki, kreditin geri qaytarılması ilə bağlı heç bir halda güzəşt olunmayacaq. Bu gün məcmu kapitalı yerinə yetirə bilməyən banklarda belə problemli kreditlərlə bağlı məsələ kifayət qədər ciddidir və təəssüf ki, bir qisim vətəndaş götürdükləri kreditlərin qaytarılması ilə bağlı çətinliklə üzləşiblər. Mərkəzi Bankın son məlumatına görə, Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard manata çatıb. Problemli kreditlər kredit portfelinin 6 %-dən çoxunu, bank aktivlərinin isə 4 %-dən çoxunu təşkil edir".
Yeri gəlmişkən qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu bəyan edib ki, "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə 01 avqust 2016-cı il tarixindən başlanacaq. Fond məlumat üçün bildirib ki, 01 mart 2016-cı il tarixdə qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3 % həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır. Maraqlıdır, bəs vətəndaşların depozit və kreditləri hansı qaydada ödəniləcək? Hüquqşünas Alim Hüseynli bildirib ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya 30 min manatdan artıq olmasın. Bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur: "Əgər vətəndaşın bankda 30 min manat depoziti, 20 min manat krediti varsa, həmin kredit çıxılır və əmanətçiyə 10 min manat verilir. Sığorta hadisəsi əmanətçinin əmanəti olan bir neçə iştirakçı bankda baş verdikdə, kompensasiya hər bir bankda olan əmanət üzrə ayrı-ayrılıqda ödənilir. Bankda birgə əmanət hesabı olan əmanətlərə bir əmanət kimi baxılır və kompensasiya birgə əmanət hesabının sahiblərinə bərabər və ya onların öz aralarında müəyyən etdikləri nisbətdə ödənilir. Birgə əmanət hesabı olan əmanətçinin həmin bankda digər əmanəti olduqda, birgə əmanət üzrə ona məxsus olan hissə və digər əmanəti toplanır və bir əmanət kimi kompensasiya ödənilir".
Nurlan