İqtisadiyyat
Gizli sövdələşməyə son
Nazirlər Kabineti tərəfindən ipoteka kreditləşməsi məqsədilə yaşayış sahəsinin qiymətləndirilməsinin qaydası təsdiqlənib. Yeni qaydalara əsasən bundan sonra ipotekaya götürülən evlərə əksik və ya artıq qiymət təyin etmək mümkün olmayacaq. Çünki İpoteka Fondu tərəfindən respublikanın bütün əraziləri üzrə orta qiymətlər çıxarılacaq. Bu isə vətəndaşlarla qiymətləndiricilər və bank arasında olan qeyri-rəsmi sövdələşməyə son qoyacaq.
General postlara sürücülərlə bağlı göstəriş verdi
Son vaxtlar baş verən yol qəzalarının əsas səbəbləri araşdırılarkən sürücülərin sükan arxasında yorğun və yuxulu olması faktlarına da rast gəlinir.
Vəziyyətin tənzimlənməsi məqsədilə koordinal addımlar atılmalıdır
Ölkənin maliyyə sektorunda son həftələr ərzində arzuedilməz tendensiya müşahidə edilməkdədir. Bu daha çox Amerika dollarının milli valyutaya nisbətən bahalaşmasında özünü göstərir.
Vahid Əhmədov: “Əsas diqqət Bakı-Tbilisi-Ərzurum qaz kəmərinədir”
“Hazırda Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya nəqli ilə bağlı danışıqlar aparılır və əsas diqqət Bakı-Tbilisi-Ərzurum qaz kəmərindədir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Kanadada helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var
Kanadada helikopter qəzası baş verib.
İllər əvvəl ölən aparıcının ərindən açıqlama
2011-ci ildə jurnalist Kərəm Altanın evində ölü tapılan aparıcı-aktrisa Dəfnə Coy Fosterin həyat yoldaşı İlker Yasin Solmaz son günlər çıxan xəbərlər haqda açıqlama verib.
Manatı necə xilas etmək olar?
“Manatın məzənnəsinin necə dəyişəcəyi yenə də gündəmin əsas müzakirə mövzusudur. Dolların bahalaşması gözlənilən idi və mən bu il mayın ayının sonunda ABŞ pulunun manata nisbətən tezliklə güclənəcəyini proqnozlaşdırmışdım. May ayından sonra dollar manata nisbətən 14 faiz dəyər qazanıb.
Türkiyənin sabiq DİN başçısı ilə bağlı ŞOK FETÖ-çü İTTİHAMI
Türkiyənin daxili işlər naziri Əfqan Alanın istefası ilə bağlı şok iddia ortaya atılıb.
Manatın kəskin devalvasiyası real görünmür
Artıq cari ilin birinci yarısı başa çatdı. Qlobal səviyyədə müşahidə edilən iqtisadi təlatümlər, böhran Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Lakin hkumətin həyata keçirdiyi bir sıra islahatlar böhranın Azərbaycana təsirlərini minimuma endirib. Bəs görəsən qarşıdakı müddətdə Azərbaycan iqtisadiyyatını nə gözləyir? Bu və ya digər suallarla “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifovla söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Fikrət Yusifov son günlər manatın dollara nisbətən məzənnəsinin yenidən kəskin şəkildə aşağı düşəcəyi, növbəti devalvasiyanın baş vermə ehtimalı barədə yayılan xəbərlərə də münasibət bildirib.
İngilis alimlər: Hər gün mahnı oxu, xoruldamaqdan xilas ol!
İngiltərənin Exeter Universitetinin alimləri xoruldayan insanların dərdinə dərman tapıb. Belə ki, xroniki xoruldama problemi olanlar hər gün mahnı oxumaqla bu bəladan qurtula bilər. Bunu təsdiqləmək üçün alimlər 30 nəfərlik bir heyətə müntəzəm olaraq, gündə bir neçə saat mahnı oxutdurublar.
Şuranın dəstəyi ilə şəhid ailələri ziyarət edilib
Avqustun 26-da Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolu” layihəsi çərçivəsində aprel döyüşlərində şəhid olmuş Bağırov Emin İmran oğlu və Qurbanlı Fəxrəddin Seyfəddin oğlunun ailəsini ziyarət edib. Görüş zamanı layihə rəhbəri Məlahət Xəlilova qeyd edib ki, aprel döyüşlərində həlak olan 2 şəhidin ailəsini ziyarət etmək “Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolu” layihəsinin icra proqramına daxil edilib:”Şəhid ailələrini ziyarət etməkdə məqsəd vətəndaş cəmiyyətləri tərəfindən onlara mənəvi dəstək verməkdir. Düzdür, hazırki şəraitdə Azərbaycan dövləti, xüsusilə dövlət başçısı şəhid ailələrinə xüsusi diqqətlə yanaşır. Müvafiq dövlət qurumları tərəfindən şəhid ailələrinə qayğı göstərilir, diqqətdə saxlanılır. Eyni mövqe ölkə ictimaiyyəti tərəfindən də nümayiş etdirilir. Biz də bir vətəndaş cəmiyyəti olaraq qərara aldıq ki, şəhid ailələrinin yanında olaq, onlardan öz diqqət və qayğımızı əsirgəməyək”.
Vergi borcuna görə 410 müəssisə rəhbərinə ölkədən çıxmaq qadağan edilib
Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.
Alimlər dünyada ən sürətli fləş kartlar yaradıb
Novosibirsk alimləri tərəfindən hazırlanan daşınabilən daşıyıcılar mövcud fləş kartlardan dəfələrlə sürətli olacaq. Belə ki, Rjanov adına Yarımkeçiricilər Fizika İnstitutunun əməkdaşları multiqrafen əsasında innovativ fləş kartlar hazırlayır.
Mixeil Canelidze: "Gürcüstan və Azərbaycan arasında əlaqələrin dərinləşməsi maraq dairəmizə daxildir"
"Gürcüstan və Azərbaycan arasında əlaqələrin dərinləşməsi və möhkəmlənməsi maraq dairəmizə daxildir".
Maliyyə Nazirliyi zərgərlik məmulatlarının istehsalı və satışı ilə məşğul olanlara müraciət edib
Maliyyə Nazirliyi qiymətli metal və qiymətli daşlardan olan zərgərlik, eləcə də digər məişət məmulatlarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edib.














