İqtisadiyyat

Manat niyə dəyərsizləşir?

29 Avqust 2016 16:13

“Ümumiyyətlə, manatın məzənnəsi dolların qiymətinə əsasən müəyyənləşir. Əgər manat dollara nisbətən dəyərini itirirsə, nəticə etibarı ilə digər valyutalara da nisbətən dəyərsizləşir”. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Vergi ödəyicilərinə göstərilən xidmətlərin dairəsi genişləndirilir

29 Avqust 2016 14:12

Ölkə başçısının “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli sərəncamında vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsinin zəruri olduğu əks olunub. Sərəncamda müasir standartlara uyğun olaraq vergi ödəyicilərinə göstərilən xidmətlərin dairəsinin genişləndirilməsi məqsədi ilə Vergilər Nazirliyinin Çağrı Mərkəzində beynəlxalq təcrübədə tətbiq olunan “Outbound Call Centre” funksiyalarının tətbiqi nəzərdə tutulub.

Maliyyə Nazirliyinin qısamüddətli istiqrazları üzrə hərracın parametrləri açıqlanıb

26 Avqust 2016 18:06

Maliyyə Nazirliyinin qısamüddətli istiqrazları üzrə hərracın parametrləri açıqlanıb.

Manatın taleyini nə gözləyir?

26 Avqust 2016 15:16

Pərviz Heydərov: “Manatın ABŞ dolları qarşısında məzənnəsinə təzyiq göstərən amillərdən birini də məhz ölkədən kənara kapital axını təşkil edir”

Vüqar Bayramov: "Hər kəs ev ala biləcək"

26 Avqust 2016 12:28

"Artıq sosial evlərin inşa edilməsi ilə bağlı yer Yasamal rayonu ilə razılaşdırılıb və qərar verilib. Sosial evlərin qimətləndirilməsində göstərilir ki, birinci mərhələdə 200 min ailəyə evlərin verilməsi nəzərdə tutulub". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov bildirib.

“İdxal azaldılmalıdır”

25 Avqust 2016 17:46

Cari ilin birinci yarısında Azərbaycana 682,8 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövründəkinə nisbətən 14,7 % azdır. İdxal olunmuş buğdanın ümumi dəyəri isə 129 mln. 132,6 min dollar (azalma 31,1%) təşkil edib.

Sürücü pişiyi vurmamaq üçün "Gelandewagen"i qurban verdi

25 Avqust 2016 17:24

İngiltərəli Nik Qrimşou qiyməti 100 min dollardan baha olan "Mercedes-Benz G-Class" (Gelandewagen) yolsuzluq avtomobilini gözlənilmədən yola qaçan narıncı rəngli pişiyi əzməmək üçün qurban verib.

Rusiya niyə Türkiyənin Suriyadakı əməliyyatlarına etiraz etmir?

25 Avqust 2016 15:02

“Türkiyənin Suriyada İŞİD-ə qarşı apardığı əməliyyatlara görə, Rusiyanın ciddi bir narazılığı yoxdur. Düzdür, Rusiya Xarici İşlər Nazirliyi bəyanat verdi ki, Türkiyə gərək Suriya hökumətindən icazə alıb bu əməliyyatlara başlayaydı. Amma Rusiya da nəzərə alır ki, bu əməliyyatlar İŞİD terrorçularına qarşıdır”.

Vergi Məcəlləsinin kameral vergi yoxlamaları ilə bağlı maddələrində dəyişikliklər ediləcək

25 Avqust 2016 11:50

Azərbaycan Prezidenti İlham Əliyevin 4 avqust tarixli "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamı vergi ödəyiciləri ilə vergi orqanları arasında əməkdaşlıq münasibətlərini daha da təkmilləşdirmək, vergi öhdəliklərini düzgün müəyyən etmək və proqnozlaşdırmaq üçün beynəlxalq təcrübədə geniş istifadə olunan bir sıra metodların tətbiqinə yol açır.

Azərbaycandan daha 4 şirkət Rusiyaya ət və süd məhsulları ixrac edəcək

25 Avqust 2016 11:46

Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə işçi qruplarının Moskva şəhərində növbəti görüşü keçirilib.

“Darvin bankası” yatağında əlavə 8 quyu qazılacaq

24 Avqust 2016 17:05

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Darvin bankası” yatağındakı 740 nömrəli stasionar dəniz özülündə əlavə 8 quyunun qazılması məqsədi ilə yenidənqurma işlərini uğurla davam etdirir.

Ekspert: Ölkəyə məhsulların gətirilməsi azaldılmalıdır

24 Avqust 2016 16:11

Azərbaycanda məhsulların idxalı mümkün dərəcədə azaldılmalıdır. Buğda idxalında olduğu kimi, şəkər xammalı və şəkər, bitki yağı, çay, kərə yağı və süd, bundan əlavə, kartof, quş əti və digər ət məmulatları idxalındakı heç olmasa artım faktoru aradan qaldırılmalıdır.

İtaliyada güclü zəlzələ: yüzlərlə ev dağıldı, 24 ölü

24 Avqust 2016 12:55

İtaliyanın mərkəzində baş vermiş zəlzələdə ölənlərin sayı 24-ə çatıb. Peksar-del-Toronto yaşayış məntəqəsində təqribən 100 nəfər itkin düşüb.

Azərbaycan, Qazaxıstan, Gürcüstan yük daşımaları tariflərinin azaldılmasını müzakirə edib

24 Avqust 2016 12:02

Astanada Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yol administrasiyaları rəhbərləri ölkələrin yük göndərənləri, iri operatorları və iri şirkətləri ilə yüklərin daşınması üçün qarşılıqlı sərfəli əməkdaşlığı və əlverişli şəraiti müzakirə ediblər.

Ölkədə dollar qıtlığı yoxdur

23 Avqust 2016 15:18

“Ölkədə istehlak bazarında qiymətlərin yüksəlməkdə olmasına səbəb həm də dolların bahalaşmaqda olmasıdır”. “