“İdxal azaldılmalıdır”
Cari ilin birinci yarısında Azərbaycana 682,8 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövründəkinə nisbətən 14,7 % azdır. İdxal olunmuş buğdanın ümumi dəyəri isə 129 mln. 132,6 min dollar (azalma 31,1%) təşkil edib.
25 Avqust 2016 17:46 İqtisadiyyatCari ilin birinci yarısında Azərbaycana 682,8 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövründəkinə nisbətən 14,7 % azdır. İdxal olunmuş buğdanın ümumi dəyəri isə 129 mln. 132,6 min dollar (azalma 31,1%) təşkil edib. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri iqtisadçı ekspert Pərviz Heydərov səsləndirib.: "Digər mühüm ərzaq məhsullarının ixracında isə kəskin artım qeydə alınıb. Belə ki, ölkəyə 55 milyon 235 min dollar dəyərində 131,4 min ton şəkər xammalı və şəkər (artım 8,8%), 61 milyon 661,4 min dollar dəyərində 71 min 4,3 ton bitki yağı (artım 19,6%), 18 milyon 673,4 min dollar dəyərində 5 min 537,2 ton çay (artım 1,9 dəfə), 27 milyon 569,5 min dollar dəyərində 7 min 801,7 ton kərə yağı və süd (artım 26,3%) idxal edilib. Bundan əlavə, 20 milyon 647,1 min dollar dəyərində 110,6 min ton kartof (artım 41,1%) gətirilib. Həmçinin 6 milyon 159,1 min dollar dəyərində 7 min 712,6 ton quş əti və digər ət məmulatlar gətirilib ki, bu da 2,6 dəfə artım deməkdir. Ötən şərhlərimdə də qeyd etmişəm ki, ölkənin valyuta bazarında dollara tələbi artıran həm də idxal əməlliyyatlarıdır ki, bunun üçün hər ay azı 700 milyona yaxın xarici valyuta lazım gəlir. Bu ilin ilk 7 ayı ərzində ölkəyə artıq, təqribən 5 milyard dollara yaxın həcmdə idxal həyata keçirib ki, bu da ilin sonuna olsun ən yaxşı halda 8 milyard. Ölkəyə ilin axırınadək bu qədər vəsait daxil olacaqmı?! Sözsüz ki, yox. Çünki söhbət dollardan gedir". Ekspert idxalın mümkün dərəcədə azaldılmalı olduğunu deyib:"Buğda idxalında olduğu kimi, şəkər xammalı və şəkər, bitki yağı, çay, kərə yağı və süd, bundan əlavə, kartof, quş əti və digər ət məmulatları idxalındakı artım faktoru aradan qaldırılmalıdır".