“Darvin bankası” yatağında əlavə 8 quyu qazılacaq

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Darvin bankası” yatağındakı 740 nömrəli stasionar dəniz özülündə əlavə 8 quyunun qazılması məqsədi ilə yenidənqurma işlərini uğurla davam etdirir.

SOCAR-ın "Neftqaztikinti" Tresti "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında "Darvin bankası" yatağındakı 740 nömrəli stasionar dəniz özülündə əlavə 8 quyunun qazılması məqsədi ilə yenidənqurma işlərini uğurla davam etdirir. "OLAYLAR"-ın xəbərinə görə, quyuların layihə yerlərinin hazırlanması üçün material və avadanlıqların yerləri dəyişdirilmiş, əlavə 8 quyunun qazılması üçün qülləaltı yolların tirləri quraşdırılmış, quyu istiqamətləndiricilər vurularaq bərkidilmiş, döşəmədəki boşluqlar doldurulub. Quyuların qazılması üçün bütün lazımi işlər tamamlanmışdır. Hazırda qazma qülləsinin gətirilməsi gözlənilir. Artıq 4 quyu qazmaya tam hazır vəziyyətə gətirilmişdir. Sonrakı mərhələdə 2 blokun, 3 aralıq seksiyasının, 1 minik meydançasının və 3 yanalma meydançasının quraşdırılması nəzərdə tutulur. Yeni qazılacaq quyuların hər birindən sutkada 5 ton neft hasil olunacağı proqnozlaşdırılır. 
Qeyd edək ki, "Abşeronneft" NQÇİ-nin istismar etdiyi 740 nömrəli özüldə hazırda mövcud olan 8 quyu istismardadır. Genişləndirmə işlərindən sonra buradakı quyuların sayı 16-ya çatdırılacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31