İqtisadiyyat
Hər hansı bir bankın lisenziyasının əlindən alınması dollara tələbin genişlənməsiylə nəticələnəcək
“Bağlanılan banklar üzrə əmanətçilərə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilən manatla olan kompensasiya məbləğləri dərhal ABŞ dollarına mübadilə edilir.
Turizmə dövlət səviyyəsində diqqət artırılır
Artıq bir xeyli müddətdir ki, yay turizminə start verilib. Əvvəlki illərlə müqayisədə cari ildə ölkəyə gələn xarici turistlərin sayında da artım müşahidə edilir. Mövcud statistika və imkanlar onu deməyə əsas verir ki, bu sahənin inkişaf etdirilməsi Azərbaycan iqtisadiyyatı üçün yaxşı perspektiv vəd edir. Elə əksər ekspertlər də bu qənaətdədir.
SOCAR benzinin ucuzlaşması məsələsinə aydınlıq gətirdi
Son günlər KİV-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2016-cı il tarixli Sərəncamı və eyni tarixli 307 və 308 saylı qərarları ilə əlaqədar müəyyən anlaşılmazlıqlara səbəb ola biləcək müxtəlif şərhlər və açıqlamalar yayımlandığı üçün bu məsələlərə aydınlıq gətirilməsinə zərurət yaranıb.
“Hökumət idxaldan gələn vergini minimuma endirməklə,... “
Ölkədə benzinin qiymətinin aşağı düşəcəyi barədə müxtəlif fikirlər səslənməkdədir. Buna səbəb isə bir müddət əvvəl Nazirlər Kabinetinin qəbul etmiş olduğu qərardır. Məlumat üçün qeyd edək ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 19 yanvar 2001-ci il tarixli qərarına dəyişiklik edib.
Azərbaycan idxal olunan benzinə aksiz vergisi və gömrük rüsumunu minimuma endirib
Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 19 yanvar 2001-ci il tarixli qərarına dəyişiklik edib. "Report" xəbər verir ki, dəyişikliyə əsasən, ölkəyə idxal olunan bəzi mallar üçün aksiz vergisi azaldılıb.
Azərbaycan banklarına XƏBƏRDARLIQ
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda fəaliyyət göstərən bütün kommersiya banklarına müraciət edib.
Xəzərdə üçtərəfli əməkdaşlıq hansı istiqamətləri əhatə edə bilər? ŞƏRH
Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakı sammitində Xəzər dənizində əməkdaşlığın genişləndirilməsi, yeni layihələrin həyata keçirilməsi də müzakirə mövzusu oldu.
Bankların bağlanması müştəriləri narazı salıb
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP-nin) Direktorlar Şurasının iyulun 21-də verdiyi qərarla “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin lisenziyası ləğv edilib.
“Evlilik mənə uğur gətirdi, çox xoşbəxtəm" - Neslihan Atagül
Aktrisa Neslihan Atagül şampun markalarından birinin siması olub.
Millət vəkili: “Bütün iqtisadi layihələrin mərkəzi ölkəmiz olacaq”
“Qloballaşan dünyada tək yaşmaq və inkişaf etmək qeyri-mümkündür. Ona görə də dünya ölkələrinə inteqrasiya olunmaq və siyasi- iqtisadi arenalarda əməkdaşlıq etmək vacibdir. Azərbaycanın yerləşdiyi coğrafiya da ilk növbədə qonşu ölkələrlə hər bir sahədə əməkdaşlıq etməyə imkan verir. Həm ikitərəfli , həm də üçtərəfli əməkdaşlıq ilk növbədə ölkəmizin daha da inkişafına və möhkəmlənməsinə xidmət edəcək”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.
Türkiyənin Yunanıstandakı 2 hərbi attaşesi İtaliyaya, Banqladeşdəki 2 diplomatı Nyu-Yorka qaçıb
"Yunanıstandakı iki hərbi attaşe - polkovnik Halis Tunc və polkovnik İlhan Yaşıtlı ailələri ilə birlikdə İtaliyaya qaçıblar".
Vergi islahatları nə vəd edir?
Avqust ayının 4-də Prezidentin imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncamın əsas hədəfləri nələrdən ibarətdir? Bu sərəncamla nəzərdə tutulan tədbirlərin reallaşdırılması vergi sistemində hansı yeniliklərə səbəb olacaq? Ən əsası, vergi sistemində aparılacaq bu islahatlar ölkə iqtisadiyyatına və onun əsasını təşkil edən sahibkarlığın inkişafına nə kimi töhvələr verə biləcək? “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov qeyd edib ki, sərəncamla 21 istiqamətdə aparılacaq islahatlar üç ay müddətində başa çatdırmalıdır. Bu islahatların 11-i beynəlxalq təcrübənin tətbiqini nəzərdə tutur.
Sosial ipoteka kreditləri adi ipotekanı üstələyib
Vətəndaşların evlə təmin olunmaq arzusunun reallaşdırılması üçün ən optimal variantlardan biri də ipoteka krediti ilə mənzilə sahib olmaqdır. Azərbaycanda sözügedən mexanizmin tətbiqindən sonra xeyli sayda insan mənzilə olan tələbatını ödəyə bilib.
Bəzi vergi yoxlamaları bərpa oluna bilər
Azərbaycan Respublikası Prezidentinin imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncam icra olunmaqdadır. Vergilər naziri Fazil Məmmədov nazirliyin sözügedən sərəncamın icrası məqsədilə keçirdiyi kollegiya iclasında bildirib ki, həmin sənəddə 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların əsas istiqamətləri təsdiq edilib.













