Bəzi vergi yoxlamaları bərpa oluna bilər

Azərbaycan Respublikası Prezidentinin imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncam icra olunmaqdadır. Vergilər naziri Fazil Məmmədov nazirliyin sözügedən sərəncamın icrası məqsədilə keçirdiyi kollegiya iclasında bildirib ki, həmin sənəddə 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların əsas istiqamətləri təsdiq edilib.

Nazirlik tədbirlər planı hazırlayıb 
 

Azərbaycan Respublikası Prezidentinin imzaladığı "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" sərəncam icra olunmaqdadır. Vergilər naziri Fazil Məmmədov nazirliyin sözügedən sərəncamın icrası məqsədilə keçirdiyi kollegiya iclasında bildirib ki, həmin sənəddə 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların əsas istiqamətləri təsdiq edilib. Bu sərəncam cari ildə vergi inzibatçılığı sahəsində əhəmiyyətli tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu tədbirlərə və vergitutma bazasının genişləndirilməsi, vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığının təkmilləşdirilməsi, nümunəvi vergi ödəyicilərinin müəyyən edilməsi, vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması, elektron auditin tətbiqi dairəsinin genişləndirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, risk qiymətləndirilməsi sisteminin yaradılması, vergi bəyannamələrinin formalarının təkmilləşdirilməsi istiqamətində vergi islahatlarının davam etdirilməsi və s. aiddir. Vergilər naziri Fazil Məmmədov ölkə başçısının vergi islahatlarının həyata keçirilməsi istiqamətində verdiyi tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, o cümlədən sərəncamda müəyyən edilmiş islahatların həyata keçirilməsi üçün vergi orqanlarının fəaliyyət istiqamətlərinə uyğun tədbirlər planının təsdiq edilməsinə zərurət yarandığını vurğulayıb. Kollegiya iclasında vergilər nazirinin müavinləri, o cümlədən struktur vahidlərinin rəhbərləri görülən işlər barədə məruzələrlə çıxış edib, sərəncamdan irəli gələn məsələlərlə bağlı görülməli işlər ətrafında müzakirələr aparılıb, cari ilin sonuna kimi real vergi potensialının dəqiqləşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi, vergi bazasının genişləndirilməsi, habelə uçot və risklərin idarə edilməsi sahələrində nəzarətin gücləndirilməsi və vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi sahəsində görülən işlərin keyfiyyətinin yüksəldilməsi sahəsində mövcud vəziyyət ətraflı müzakirə edilib. Sonda sərəncamında verilən tapşırıqların icrası ilə bağlı "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri və vergi inzibatçılığının təkmilləşdirilməsi barədə Tədbirlər Planı" qəbul edilib.

***

İqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, sözügedən sərəncam ölkə iqtisadiyyatında şəffaflığı artırmaq, maliyyə intizamını gücləndirmək və vergitutma bazasını genişləndirmək məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması baxımından əhəmiyyətlidir: "Bu dəfələrlə təklif etdiyim və eləcə də sonuncu Vergi Forumunda səsləndirdiyim təklifdir. Bu zaman, bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi nağd ödənişlər məhdudlaşdırılır. Məsələn, alınan malın dəyəri 500 manatdan çoxdursa o yalnız nağdsız şəkildə satıla bilər. Nağd ödənişlər üzrə maksimum məbləğdə 3 ay müddətində elan ediləcək. Eyni zamanda, əvvələrdə də təklif etdiyim kimi, nağdsız, yəni plastik kartından istifadə etməklə ödəniş edən vətəndaş hər rübün sonunda xərclədiyi pulun 3 faizini bonus şəkilində geri alması məqsədəuyğundur. Məsələn, istehlakçı 3 ay müddətində plastik kartından istifadə etməklə1000 manat xərcləyibsə onun 30 manatı rübün sonunda bonus formasında onun hesabına yatızdırıla bilər. Bu istiqamətdə konkret meyarlar da yaxın zamanlarda müəyyənləşdiriləcək". Bununla bərabər beynəlxalq təcrübə nəzərə alınmaqla, vergi ödəyiciləri tərəfindən xərclərin süni şəkildə artırılması hallarını aradan qaldırmaq məqsədilə qanunvericilik bazasının yaradılması mümkün olacaq: "Burada məqsəd vergi ödəyiciləri xərclərin süni şəkildə böyüdərək vergidən yayınmanın qarşısının alınması üçün fəaliyyətlərin həyata keçirilməsidir". Onun sözlərinə görə, sərəncam beynəlxalq təcrübə nəzərə alınmaqla, nağd pul hesablaşmaları nəzarət-kassa aparatları tətbiq edilmədən həyata keçirilən fəaliyyət sahələrinin dairəsinin dəqiq müəyyənləşdirilməsi və nəzarət-kassa aparatları tətbiq etmədən fəaliyyət göstərən fiziki şəxslərin vergi öhdəliklərinin aylıq sabit vergi formasında müəyyən edilməsi baxımından da əhəmiyyətlidir: "Bu konkret fəaliyyət növləri üzrə dövriyyəsindən asılı olmayaraq konkret vergi məbləğinin müəyyənləşdirilməsidir. Bir sıra MDB ölkələrində bu fəaliyyət sahələrini sayı hətta 40-a çatır. Məsələn, çəkməçi və ya səyyar pərakəndə ticarət ilə məşğul olanlara dövriyyəsindən asılı olmayaraq konkret vergi məbləği müəyyənləşdirilə bilər. Tutaq ki, onların dövriyyəsinin nə qədər olmasından asılı olmayaraq ayda 30 manat vergi ödəmələri müəyyənləşdirilə bilər. Eyni zamanda, vergi ödəyicilərinin fəaliyyətini səmərəli təşkil etmək və inzibati xərclərini azaltmaq məqsədilə dövlət orqanlarına verilən hesabatların sadələşdirilməklə elektron qaydada vahid mərkəzdən paylanması üçün beynəlxalq təcrübədə geniş tətbiq olunan "Vahid hesabat standartı" sisteminin tətbiq olunması mexanizminin hazırlanması təmin olunacaq". Sərəncam Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı qaydalarının sadələşdirəcək. Bu daha sadə və aydın şərtlərlə Azərbaycan ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin icrasının təşkili deməkdir".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31