Hər hansı bir bankın lisenziyasının əlindən alınması dollara tələbin genişlənməsiylə nəticələnəcək

“Bağlanılan banklar üzrə əmanətçilərə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilən manatla olan kompensasiya məbləğləri dərhal ABŞ dollarına mübadilə edilir.

"Bağlanılan banklar üzrə əmanətçilərə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilən manatla olan kompensasiya məbləğləri dərhal ABŞ dollarına mübadilə edilir. Bu da daxili valyuta bazarında xarici valyutaya tələbi artıran əsas amillərdən birinə çevrilib". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən iqtisadçı Pərviz Heydərov bildirib ki, bu səbəbdən banklara yatırılan manatla depozitlərin gəlirlilik baxımdan sığortalanma şərti təcili olaraq mövcud 12 faiz səviyyəsindən azı 15 faizədək qaldırılmalıdır: "Çünki, qeyd olunan tendensiyanın qarşısını almağın əsas yollarından biri məhz bundan ibarətdir. Əks təqdirdə, bundan sonra da hər hansı bir bankın lisenziyasının əlindən alınması ölkədə dollara tələbin genişlənməsiylə nəticələnəcək. Hansı ki, bu tələb onsuz da genişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31