İllər əvvəl ölən aparıcının ərindən açıqlama

2011-ci ildə jurnalist Kərəm Altanın evində ölü tapılan aparıcı-aktrisa Dəfnə Coy Fosterin həyat yoldaşı İlker Yasin Solmaz son günlər çıxan xəbərlər haqda açıqlama verib.

2011-ci ildə jurnalist Kərəm Altanın evində ölü tapılan aparıcı-aktrisa Dəfnə Coy Fosterin həyat yoldaşı İlker Yasin Solmaz son günlər çıxan xəbərlər haqda açıqlama verib.

Axşam.az xəbər verir ki, müğənni Nihat Doğanın "Dəfnəni FETÖ öldürüb" açıqlaması yenidən mediada müzakirələr açıb. İ.Yasin oğlunun anası haqda bu xəbərlərdən narahat olduğunu vurğulayıb:

"...Hadisəylə bağlı Halit Kerem Altan cəzasını alıb. Lakin son günlər bu kədərli xəbərlə bağlı sadəcə ehtimallar üzərinə söylənənlər 7 yaşlı uşağı və bütün ailəni çox təsirləndirir. Dəfnənin oğlu məktəbə gedir, mətbuatda çıxan bütün xəbər və fotolardan xəbərdardır. Bu, onun psixologiyasını pozur.

Mövzuyla bağlı məlumatı, dəqiq sübutu olduğunu iddia edən adamlar bunu mətbuatda yaymaqdansa, aidiyyəti orqanlara xəbər versinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31