Vergi borcuna görə 410 müəssisə rəhbərinə ölkədən çıxmaq qadağan edilib
Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.
30 Avqust 2016 12:09 İqtisadiyyatVergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.
Məlumata görə, 26 avqust tarixinə vergi borcu olduğuna görə 410 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında 11 nəfər xarici vətəndaş da var.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31