İqtisadiyyat

Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub

14 Sentyabr 2016 16:45

Rusiya Federasiyası tərəfindən axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.

Antalyada 140-dan çox Azərbaycan şirkəti fəaliyyət göstərir

14 Sentyabr 2016 15:13

Hazırda Türkiyənin Antalya şəhərində 3 201 xarici sərmayəli şirkət fəaliyyət göstərir.

Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edilib

14 Sentyabr 2016 13:19

Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Uçot stavkasının artması...

14 Sentyabr 2016 13:13

Mərkəzi Bank növbəti dəfə uçot stavkasını 9.5 faizdən 15 faizə yüksəldib. Məlumat üçün qeyd edək ki, son 10 ildə 15 faizlik stavka yalnız bir dəfə 2008-ci ilin iyununda qeydə alınmışdı.

Azərbaycan iqtisadiyyatını yenidən qurmaq yolunu seçib

9 Sentyabr 2016 13:27

Azərbaycan neftin qiymətlərinin kəskin aşağı düşdüyü bir dönəmdə öz iqtisadiyyatını yenidən qurmaq yolunu seçib. Bu dəfə ölkə neftdən asılılığını əsaslı şəkildə aradan qaldırmaq və tam şaxələndirmək yolunu tutub.

Kənd təsərrüfatı, İKT qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələrdir

9 Sentyabr 2016 13:23

Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi fonunda ölkənin maliyyə sektorunda yaşanan proseslər bir çox sahələrə öz mənfi təsirini göstərdi. Xüsusilə, ötən dövrdə tikinti sektorunda bu tendensiya özünü daha qabarıq şəkildə göstərməyə başladı. Hətta nəhəng tikinti şirkətləri belə maliyyə sektorunda yaşanan arzuedilməz situasiyadan dolayı bir sıra layihələrini təxirə salmalı oldu. Təsadüfi deyil ki, rəsmi məlumatlarda da ölkənin tikinti sektorunda geriləmənin qeydə alındığı bildirilir.

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

9 Sentyabr 2016 13:05

“Neft Daşları” yatağındakı 516A nömrəli estakadayanı meydançadan qazılmış 2248 nömrəli quyu istismara verilib.

Vergi ödəyiciləri “İkitərəfli SMS” xidmətindən ödənişsiz faydalana biləcəklər

9 Sentyabr 2016 12:52

Vergilər Nazirliyi tərəfindən 2012-ci ilən etibarən “İkitərəfli SMS xidməti”nin tətbiqinə başlanılıb. Nazirliyin Analitik-informasiya şöbəsindən  verilən məlumata görə, indiyə kimi, “İkitərəfli SMS xidməti” vasitəsi ilə yalnız xidmətə “Azercell” nömrələri ilə abunə olmuş şəxslərə vergi öhdəlikləri və vergi orqanının qanuni tələbləri barədə 10 istiqamətdə, xidmətdən sorğu vasitəsi ilə istifadə edən şəxslərə isə 3 istiqamətdə məlumatlar göndərilirdi.

Nazirlik büdcəyə ödənilən verginin məbləğini açıqladı

8 Sentyabr 2016 14:11

Vergilər Nazirliyi 2016-cı ilin 8 ayı ərzində büdcəyə daxil olan verginin məbləğini açıqlayıb. Nazirliyin Analitik-informasiya şöbəsindən “Olaylar”a verilən məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 351 milyon 970 min manat vəsait daxil olub. Proqnoz tapşırığına 100,3 faiz əməl edilib. Hesabat dövründə 75806 vergi ödəyicisi qeydiyyata alınıb.

Bank sektoru qısa zamanda praktik olaraq yenidən qurulmalıdır

8 Sentyabr 2016 13:21

Ötən ilin sonlarında ölkənin maliyyə bazarında yaşanan neqativ hallar ən çox bank sektorunda ciddi problemlərin olduğunu üzə çıxardı. Məlum oldu ki, banklar heç də göründüyü qədər sağlam fəaliyyətdə deyil, ölkədə fəaliyyət göstərən əksəriyyət banklar yaranan ən xırda çətinliyi belə aradan qaldırmaq iqtidarından kənardır. Elə bu səbəbdəndir ki, onlarla bank yaranmış çətinliyə tab gətirə bilməyərək fəaliyyətini dayandırdı. Bəs görəsən bank sektorunda mövcud olan problemlərin əsas səbəbi nədir və rentabelli fəaliyyət göstərməyən bankların müəyyən edilməsi üçün mütləq maliyyə bazarında hansısa problem yaranmalı idi?

"Petkim" rəhbərliyində istefa

6 Sentyabr 2016 15:20

Türkiyənin "Petkim" neft-kimya müəssisəsinin rəhbərliyində dəyişiklik olub. Trend bu barədə "Haber Türk" telekanalına istinadən məlumat verir.

Mərkəzi Bank hərracda 15 milyon manat yığdı

6 Sentyabr 2016 14:15

Azərbaycan Mərkəzi Bankı depozit hərracında banklardan 15 milyon manat cəlb edib. “Olaylar” xəbər verir ki, bu barədə bankın saytında verilən məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, sentyabrın 5-də vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 15 milyon manat olub. Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 9,49% təşkil edib.

Problemli kredit məsələsini necə həll etmək olar?

6 Sentyabr 2016 13:58

Dolların manata nisbətən həm rəsmi, həm də bazar məzənnəsinin yüksəlməsi xarici valyutada olan kreditlərin ödənilməsinə təsirsiz ötüşmür. Bu eyni zamanda, problemli kreditlərin həcminin artmasına gətirib çıxarır. İqtisadçı Vüqar Bayramov bu barədə şərh verərkən dolların bahalaşmasının problemli kreditlərin həcmini daha artıracağını deyib.

Maliyyə sektorunun dollarlaşması bankların likvidliyinə problem yaradır

6 Sentyabr 2016 13:39

Manat növbəti sınaq qarşısındadır. İki kəskin devalvasiyaya məruz qalmış milli valyutamız dəyərini yenidən kəskin itirmək təhlükəsi ilə üzləşib.

Valyuta qıtlığını necə aradan qaldırmaq olar?

5 Sentyabr 2016 13:13

Son günlər ölkənin maliyyə bazarında cərəyan edən proseslər, dollara olan tələbatın ödənilməsində yaranan problemlər müəyyən mənada ajiotaj yaradıb. Bazarlarda müşahidə edilən dollar qıtlığı belə bir fikir formalaşdırıb ki, tezliklə dollar yenidən manata nisbətən bahalaşacaq.