Uçot stavkasının artması...

Mərkəzi Bank növbəti dəfə uçot stavkasını 9.5 faizdən 15 faizə yüksəldib. Məlumat üçün qeyd edək ki, son 10 ildə 15 faizlik stavka yalnız bir dəfə 2008-ci ilin iyununda qeydə alınmışdı.

Ekspert: "Kredit faizlərinin yüksəlməsinə səbəb olmayacaq"
 

Mərkəzi Bank növbəti dəfə uçot stavkasını 9.5 faizdən 15 faizə yüksəldib. Məlumat üçün qeyd edək ki, son 10 ildə 15 faizlik stavka yalnız bir dəfə 2008-ci ilin iyununda qeydə alınmışdı. Amma cəmi 4 aydan sonra Mərkəzi Bank həmin dərəcəni yenidən 3 faiz bənd aşağı salmışdı. Maraqlıdır, uçot stavkasının təkrarən 15 faizə qaldırılması iqtisadi proseslərə necə təsir göstərəcək? İqtisadçı alim Vüqar Bayramov deyib ki, Mərkəzi Bankın uçot stavkasını kəskin yüksəltməsi manatla yığımları artırmaq məqsədi daşıyır. Onun sözlərinə görə, bu təklifin qəbul edilməsi kredit faizlərinin yüksəlməsinə səbəb olmayacaq, sadəcə əhalinin daha çox əmanətlərinin dövlət tərəfindən qorunmasına imkan verəcək. O, əlavə edib ki, Mərkəzi Bank uçot stavkasını 9.5 faizdən 15 faizə yüksəldib: "Son 10 ildə 15 faizlik stavka yalnız bir dəfə 2008-ci ilin iyununda qeydə alınıb. Amma cəmi 4 aydan sonra Mərkəzi Bank həmin dərəcəni yenidən 3 faiz bənd aşağı salınıb. Mərkəzi Bank uçot stavkasını kəskin yüksəltməsi manatla yığımları artırmaq məqsədi daşıyır. Bu milli valyuta ilə yığımlara daha çox dividend ödənişi deməkdir". V. Bayramov deyib ki, Mərkəzi Bank daha bahalı mərkəzləşdirilmiş kreditlər də təklif edəcək: "Bu eyni zamanda qorunan əmanətlərdə sığortalanan faiz dərəcələrinin dəyişdirilməsini bir daha da aktuallaşdırıb. Dollar ilə cəmi 3, milli valyuatada yalnız 12 faizədək divident təklif edən əmanətlərin sığortalanması banklar müflis olan zaman qorunmayan əmanətlərin məbləğini artırmaqla yanaşı, onların geri ödənilməsini, praktik olaraq, mümkünsüz edir. Bu manatla yüksək faizli depozit saxlayanların faiz gəlirini artırmaqla yanaşı, onların qorunmasına və bank müflis olduğu halda batmasına deyil, geri qaytarılmasına gətirib çıxara bilər. İstehlak və mikro kreditlərin maksimum faiz dərəcələri uyğun olaraq 29 və 25 faiz olaraq məhdudlaşdırıldığı üçün bu təklifin qəbul edilməsi kredit faizlərinin yüksəlməsinə səbəb olmayacaq, sadəcə əhalinin daha çox əmanətlərinin dövlət tərəfindən qorunmasına imkan verəcək". Valyuta bazarında proseslərin necə davam edəcəyi ilə bağlı məsələyə aydınlıq gətirən ekspert qeyd edib ki, Mərkəzi Bankın 4 milyard dollarlıq valyuta ehtiyatları var. Bu il üçün ümumi büdcəsi 10 milyard 688 milyon manat olan Dövlət Neft Fondu isə dövlət büdcəsinə 7 milyard 615 milyon manat transfer etməlidir. Fond bu ilin ötən aylarında artıq 3 milyard dollardan artıq valyutanı hərraclar vasitəsi ilə manata çevirib. Neft Fondu büdcə öhədlikləri başa çatanadək hərraclara çıxacaq, Mərkəzi Bank isə valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışacaq. Deməli, hər iki qurum orta və uzun müddətli dövrdə bazarda əsas oyunçu olmaqda maraqlı deyillər: "Bu baxımdan, valyuta bazarındakı növbəti dəyişikliklər birbaşa hərraca Dövlət Neft Fondu və Mərkəzi Bankın nə qədər valyuta çıxarmasından asılı olacaq. Böyük həcmdə valyutanın isə hər hərracda təklif edilməsi texniki baxımdan mümkün deyil. Amma dollara olan tələbin yenidən artacağı gözləniləndir. İdxal, borc öhdəlikləri və dollarlaşma prosesi xarici valyutalara tələbi yenə də artıracaq. Bütün hallarda isə güman edilir ki, Mərkəzi Bank valyuta bazarında cari tələbi ödəməklə ilin sonuna doğru Rusiya və Qazaxıstanda olduğu kimi liberal məzənnə siyasətinə keçəcək və əslində bu da qaçılmazdır. Çünki liberal islahatlar liberal məzənnə siyasəti tələb edir. Mərkəzi Bank bu siyasətə hələ 2015-ci ildə keçməli idi, amma etmədi. İndi isə valyuta bazarını liberal məzənnə siyasətinə hazırlamaqla prosesə başlaya bilər. Proseslərin təhlili onu deməyə əsas verir ki, liberal məzənnə siyasətinə keçidə sadəcə qısa müddət qalıb".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31