Nazirlik büdcəyə ödənilən verginin məbləğini açıqladı
Vergilər Nazirliyi 2016-cı ilin 8 ayı ərzində büdcəyə daxil olan verginin məbləğini açıqlayıb. Nazirliyin Analitik-informasiya şöbəsindən “Olaylar”a verilən məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 351 milyon 970 min manat vəsait daxil olub. Proqnoz tapşırığına 100,3 faiz əməl edilib. Hesabat dövründə 75806 vergi ödəyicisi qeydiyyata alınıb.
8 Sentyabr 2016 14:11 İqtisadiyyatVergilər Nazirliyi 2016-cı ilin 8 ayı ərzində büdcəyə daxil olan verginin məbləğini açıqlayıb. Nazirliyin Analitik-informasiya şöbəsindən "Olaylar"a verilən məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 351 milyon 970 min manat vəsait daxil olub. Proqnoz tapşırığına 100,3 faiz əməl edilib. Hesabat dövründə 75806 vergi ödəyicisi qeydiyyata alınıb.