Gizli sövdələşməyə son
Nazirlər Kabineti tərəfindən ipoteka kreditləşməsi məqsədilə yaşayış sahəsinin qiymətləndirilməsinin qaydası təsdiqlənib. Yeni qaydalara əsasən bundan sonra ipotekaya götürülən evlərə əksik və ya artıq qiymət təyin etmək mümkün olmayacaq. Çünki İpoteka Fondu tərəfindən respublikanın bütün əraziləri üzrə orta qiymətlər çıxarılacaq. Bu isə vətəndaşlarla qiymətləndiricilər və bank arasında olan qeyri-rəsmi sövdələşməyə son qoyacaq.
5 Sentyabr 2016 13:12 İqtisadiyyatİpoteka predmeti olan əmlaka vahid qiymət qoyulacaq
Nazirlər Kabineti tərəfindən ipoteka kreditləşməsi məqsədilə yaşayış sahəsinin qiymətləndirilməsinin qaydası təsdiqlənib. Yeni qaydalara əsasən bundan sonra ipotekaya götürülən evlərə əksik və ya artıq qiymət təyin etmək mümkün olmayacaq. Çünki İpoteka Fondu tərəfindən respublikanın bütün əraziləri üzrə orta qiymətlər çıxarılacaq. Bu isə vətəndaşlarla qiymətləndiricilər və bank arasında olan qeyri-rəsmi sövdələşməyə son qoyacaq. Məlumat üçün qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən yüksək reytinqə malik daşınmaz əmlak şirkətləri, statistika rəqəmləri və alqı satqı müqavilələri əsasında respublikanın bütün əraziləri üzrə orta qiymətlər müəyyənləşdiriləcək. Vətəndaş və bank qiymətləndiricinin rəyindən asılı olmayaraq müxtəlif ərazilərdəki daşınmaz əmlakın qiymətləri barədə bilgiyə malik olacaq. İpoteka fondu tərəfindən müəyyən ediləcək qiymətlər fondun saytında yerləşdiriləcək və mütəmadi olaraq yeniləcək. Qiymət cədvəli hazır olduqdan sonra isə ipoteka üçün müyyən edilən 50 min manatlıq yüksək hədd aradan qaldırıalcaq. Xatırladaq ki, indiyə qədər daşınmaz əmlakın dəyəri qiymətləndirmə şirkətləri tərəfindən müəyyən edilirdi. Bu zaman isə bir sıra xoşagəlməz hallar meydana çıxırdı. Ekspertlər hesab edirlər ki, yeni qaydalar vətəndaşlar üçün sərfəli olduğu kimi, həm də şəfaflığın təmin olunmasında mühüm rol oynayacaq. Nəzərə almaq lazımdır ki, bu vaxta qədər banklar ipoteka predmeti sayılan daşınmaz əmlakın qiymətini daha aşağı şəkildə qiymətləndirilməsində maraqlı idi. Bu isə vətəndaşların ipoteka almaq imkanlarını məhdudlaşdırırdı. Eyni zamanda əks proses də baş verirdi. Belə ki, bir çox hallarda qeyri-rəsmi ödənişlər gizli formada qiymətləndiricilərlə vətəndaşlar arasında razılaşma əsasənda daşınmaz əmlak bazar qiymətindən daha yüksək həcmdə qiymətləndirilirdi. Yeni qaydalarda isə göstərilir ki, daşınmaz əmlakın bir kvadrat metri real dəyər qiymətin 100 misli həcmində maksimum qiymət müəyyənləşdirilə bilər. Tutaq ki, Yasamal rayonu ərazisində bir kvadrat metrin orta satış qiyməti 1000 manatdırsa, İpoteka Fondi 100 min manat həcmində yuxarı hədd limiti müəyyənləşdirə bilər.
Həmçinin qaydalara əsasən vətəndaşlar ipoteka ilə əmlak alarkən ən çox 25 faizə qədər ilkin ödəniş edəcəklər. İlkin ödənişin həcmi isə 20 faizdən 15-ə endirilib. İqtisadi ekspert Vüqar Bayramov deyir ki, hal-hazırda ilkin ödəniş kimi əmlakın dəyərinin ən azı 25 faizi müəyyən edilib ki, bu da vətəndaşlar üçün olduqca sərfəlidir: " Bəzi hallarda özəl banklar müştərilərədən hətta 45 % -ə qədər ilkin ödəniş tələb edirdi.Yeniliyin mahiyəti isə o deməkdir ki, əgər vətəndaş 50 min manat ipotek krediti götürürsə, ilkin ödəniş 7,5-8 min manat olacaq. Dəyişiklyə əsaən banklar istədiyi məbləqdə ilkin ödəniş kimi tələb edə bilməyəcəklər. Bu vaxta qədr isə bir sıra kommersiya bankları tərəfindən 40, bəzi hallarda isə 50 faiz ilkin ödəniş tələb olunurdu". Ekspertlər tövsiyyə edir ki, əgər banklar 15 faizdən artıq ilkin ödəniş tələb edirsə, vətəndaş mütləq İpoteka Fonduna müraciət etməlidir.
Onu da qeyd edək ki, dəyişiklik imkan verəcək ki, müəllimlər və həkimlər də ipoteka kreditindən yararlana bilsinlər. Bunun üçün isə həmin kateqoruyadan olan vətəndaşlar üçün 5 il iş stajı tələb olunacaq. Əgər orta məktəb müəlliminnin 5 ildən artıq iş stajı varsa, o artıq adi kredit üçün yox, güzəştli ipotek krediti üçün müraciət edə bilər. Tələb olunan iş stajına malik müəllim və həkimlər sosial ipoteka hüququndan istifadə etmək hüququna malik olacaqlar. Əmək haqqı az olan müəllimlər isə həyat yoldaşları ilə birgə ipoteka krediti üçün müraciət edə biləcəklər. Nəzərə almaq lazımdır ki, ipoteka krediti üzrə aylıq ödəniş məbləğinin həcmi belə kredit götürən şəxsin aylıq gəlirinin 70 faizindən çox olmamalıdır.
Nurlan