İqtisadiyyat

Azərbaycan Aİ ilə ticarət dövriyyəsini azaldıb

10 Oktyabr 2016 17:14

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən idxal olunub.

Cavid Qurbanov: "Qazaxıstanın təcrübəsini öyrənmək bizim üçün vacibdir"

10 Oktyabr 2016 15:27

""Azərbaycan Dəmir Yolları" QSC-nin Qazaxıstanda nümayəndəliyinin açılması dəmir yolu sahəsində iki ölkə arasında əlaqələrin gələcək inkişafına istiqamətlənib". Trend  bildirir ki, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Bazar nəzarət altındadır

10 Oktyabr 2016 13:13

Son həftələr ərzində ölkədə müşahidə edilən mənfi tendensiyalardan biri də ondan ibarətdir ki, istehlak məhsullarının qiymətlərində artım nəzərə çarpır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-sentyabr ayları ərzində istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz, o cümlədən ərzaq məhsulları 12,7 faiz, qeyri-ərzaq 15,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətləri 5,2 faiz bahalaşıb. 2016-cı ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,0 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,6 faiz yüksəlib.

Azərbaycan iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması sahəsində dönüş ili

10 Oktyabr 2016 13:08

Son aylarını yaşadığımız 2016-cı il dünya üçün ağır illərdən biri oldu. 2015-ci ilin sonlarından neft qiymətlərinin aşağı düşməsi qlobal miqyasda iqtisadi böhrana gətirib çıxardı və hazırda da böhran davam edir. Amma bütün bu çətinliklərə, problemlərə baxmayaraq Azərbaycan böhranı aradan qaldırmağa, onun təsirlərini minimum dərəcədə hiss etdirməyi. Məhz həyata keçirilən antiböhran tədbirləri ölkənin inkişaf tempini qoruyub saxlaya bildi. Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin çıxışında da bu amil özünü açıq-aşkar göstərdi. Prezident bildirdi ki, 2016-cı ilin 9 ayında Azərbaycan iqtisadiyyatı inkişaf edib. Belə ki, hesabat dövründə qeyri-neft sənayesi 3,6 faiz, kənd təsərrüfatı 2,4 faiz artıb. Sosial layihələr uğurla icra edilib. 29 məktəb tikilib, 485 məktəbdə təmir işləri aparılıb, 33 səhiyyə obyekti inşa olunub, böyük yol layihələri icra edilib, bir neçə şəhərdə içməli su layihələri başa çatdırılıb.

Vergilər Nazirliyində kadr dəyişiklikləri

7 Oktyabr 2016 14:50

Orxan Musayev Vergilər Nazirliyi yanında Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən təyin edilib.

Vergidən yayınmaların qarşısının alınmasında yeni mərhələ

6 Oktyabr 2016 18:44

Azərbaycan Res­publikası Prezidentinin 4 avqust 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş vergi sahəsində aparılacaq islahatların istiqamətlərindən biri də ölkə rezidentlərinin offşor zonalarda yaradılmış müəssisələrlə əməliyyatlarına səmərəli nəzarət mexa­nizmlərinin qurulmasıdır.

"Neftin qiymətinin stabilləşməsi OPEC dövlətlərindən asılıdır"

5 Oktyabr 2016 15:01

“OPEC-in neft hasilatının dondurulması ilə bağlı qərarı çox mühümdür”. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Problemli kreditlərə son

5 Oktyabr 2016 13:28

Milli Məclisin payız sessiyasında “Kredit büroları haqqında” qanun layihəsinin müzakirəyə çıxarılacağı gözlənir. Məlumat üçün qeyd edək ki, kredit büroları banklar və digər borc verən təsisatlar, bank olmayan kredit təşkilatları və investisiya təsisatları banklardan və kredit verən institutlardan kredit və yaxud digər formada borc götürmüş və ya belə bir borcu götürmək arzusu olan fiziki və hüquqi şəxslərin əvvəlki borclarının tarixi və həmçinin borc almaq istəyənin ödəmə qabiliyyətinin qiymətləndirilməsinə imkan verən digər məlumatların toplandığı bir məlumat bazasıdır.

275 çoxmərtəbəli binaya təbii qaz verilib

5 Oktyabr 2016 12:10

“Azəriqaz” İstehsalat Birliyi 2016-cı ilin yanvar-sentyabr aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 275 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, həmin binalarda ümumilikdə 8434 ailə yaşayır. Bildirilib ki, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Venesuelalı nazir: "Neft hasilatı ilə bağlı Azərbaycanla danışıqlar aparırıq"

5 Oktyabr 2016 11:24

OPEC üzvlərinin Əlcəzairdə keçirilən görüşdə sutkalıq neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi formal razılıq rəsmiləşərsə, bu, qiymətlərə ciddi şəkildə təsir edə bilər.

“Azərbaycanda elektron TAX FREE sistemi”nin tətbiqi ilə bağlı təqdimat mərasimi keçirilib

4 Oktyabr 2016 18:42

Oktyabr ayının 4-də “JW Marriot Absheron Baku” mehmanxanasında Vergilər Nazirliyi və digər dövlət qurumlarının birgə iştirakı ilə “Azərbaycanda elektron Tax Free sistemi”nin tətbiqi ilə bağlı təqdimat mərasimi keçirilib.

“Azərbaycanda elektron TAX FREE sistemi”nin tətbiqi ilə bağlı təqdimat mərasimi keçirilib

4 Oktyabr 2016 17:44

Oktyabr ayının 4-də “JW Marriot Absheron Baku” mehmanxanasında Vergilər Nazirliyi və digər dövlət qurumlarının birgə iştirakı ilə “Azərbaycanda elektron Tax Free sistemi”nin tətbiqi ilə bağlı təqdimat mərasimi keçirilib.

Qeyri-neft sektorundan əlavə 64 mln. manat daxil olub

4 Oktyabr 2016 14:30

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qeyri-neft sektorundan nəzərdə tutulandan 64 mln. manata yaxın artıq vəsait daxil olub. Bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini İlkin Vəliyev deyib. Nazir müavinin sözlərinə görə, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 365 mln. manat çoxdur: "Ümumilikdə, qeyri-neft sektoru üzrə 3 870 mlrd. manat vəsait daxil olub. Bu ilin 9 ayı ərzində ümumilikdə 4 926 mln. manat daxilolma olub".

Turizm mövsümü uğurlu oldu

4 Oktyabr 2016 13:50

Artıq Azərbaycanda yay turizmi mövsümü başa çatıb. Ötən illərlə müqayisədə bu mövsümdə ölkəmizə gələn turistlərin sayının artdığını nəzərə alsaq yay turizminin Azərbaycanda səmərəli keçdiyini söyləyə bilərik.

"Bununla özümü xalqa açıram"

4 Oktyabr 2016 13:04

Türkiyənin məşhur müğənni və aktrisası Hülya Avşar özü rejissorluq etdiyi filminin çəkilişlərinin ilk hissəsini bitirib.