Cavid Qurbanov: "Qazaxıstanın təcrübəsini öyrənmək bizim üçün vacibdir"

""Azərbaycan Dəmir Yolları" QSC-nin Qazaxıstanda nümayəndəliyinin açılması dəmir yolu sahəsində iki ölkə arasında əlaqələrin gələcək inkişafına istiqamətlənib". Trend  bildirir ki, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

""Azərbaycan Dəmir Yolları" QSC-nin Qazaxıstanda nümayəndəliyinin açılması dəmir yolu sahəsində iki ölkə arasında əlaqələrin gələcək inkişafına istiqamətlənib".

Trend  bildirir ki, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, ötən il Qazaxıstan üzərindən Çindən 1,2 milyon konteyner daşınıb: "Buna görə də bu sahədə Qazaxıstanın təcrübəsini öyrənmək bizim üçün vacibdir".

C.Qurbanov qeyd edib ki, bu günlərdə Qazaxıstanda "Azersun" şirkətinin tikdiyi Azərbaycan logistik mərkəzinin açılışı olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31