Qeyri-neft sektorundan əlavə 64 mln. manat daxil olub
Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qeyri-neft sektorundan nəzərdə tutulandan 64 mln. manata yaxın artıq vəsait daxil olub. Bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini İlkin Vəliyev deyib. Nazir müavinin sözlərinə görə, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 365 mln. manat çoxdur: "Ümumilikdə, qeyri-neft sektoru üzrə 3 870 mlrd. manat vəsait daxil olub. Bu ilin 9 ayı ərzində ümumilikdə 4 926 mln. manat daxilolma olub".
4 Oktyabr 2016 14:30 İqtisadiyyatCari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qeyri-neft sektorundan nəzərdə tutulandan 64 mln. manata yaxın artıq vəsait daxil olub. Bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini İlkin Vəliyev deyib. Nazir müavinin sözlərinə görə, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 365 mln. manat çoxdur: "Ümumilikdə, qeyri-neft sektoru üzrə 3 870 mlrd. manat vəsait daxil olub. Bu ilin 9 ayı ərzində ümumilikdə 4 926 mln. manat daxilolma olub".