İqtisadiyyat

İqtisadiyyata kredit qoyuluşu artıb

4 Oktyabr 2016 12:58

Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi 2016-cı il oktyabr ayının 1-nə 16 328,6 mln. manat təşkil edib. Bu barədə Mərkəzi Bankdan verilən məlumata görə, kredit qoyuluşu sentyabrın 1-nə olan göstərici ilə müqayisədə 126,3 mln. manat və ya 0,78% artıb. Məlumatda qeyd olunur ki, yanvarın 1-i ilə müqayisədə kredit qoyuluşları 1 849,7 mln. manat və ya 10,17% , 2015-ci ilin analoji dövrü ilə müqayisədə isə 3 181,2 mln. 

Vergilər nazirliyinin səlahiyyəti artırıldı

30 Sentyabr 2016 16:38

Vergilər Nazirliyinə daha bir səlahiyyət verilir. “Olaylar”ın xəbərinə görə, Milli Məclisin payız sessiyasının iclasında parlementin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu haqda danışıb.

İRNA-nın rəhbəri Mətbuat Şurasında olub

30 Sentyabr 2016 14:29

İran İslam Respublikasının İRNA İnformasiya Agentliyinin rəhbəri Mohəmməd Xoddadi Azərbaycan Mətbuat Şurasında olub.

Milli iqtisadiyyatın inkişafında yeni mərhələ

30 Sentyabr 2016 12:35

Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncam imzalayıb.

Vahid Ələkbərov: "Neftin qiyməti 50 dollar səviyyəsində sabitləşəcək"

30 Sentyabr 2016 12:20

"OPEC-ə üzv olan ölkələrin Əlcəzairdə neftin sutkalıq hasilatının 32,5-33 mln. barrelədək azaldılmasına dair qəbul etdiyi qərar "qara qızıl"ın 1 barrelinin qiymətinin 50 dollar səviyyəsində sabitləşməsinə səbəb olacaq".APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

Nazir: "Azərbaycanda günəş enerjisindən istifadə sürətlə artır"

30 Sentyabr 2016 12:11

"Azərbaycan mühafizə olunan ərazilərinin sayı son 14 ildə iki dəfə artırıb".

Azərbaycan hökuməti FED tərəfindən ilin sonunadək uçot dərəcəsinin artırılacağını ehtimal edir

29 Sentyabr 2016 14:18

Dünya maliyyə bazarlarında artmış turbulensiya və riskdən qaçma meylləri əhəmiyyətli makroiqtisadi təsirlərə səbəb ola bilər. Qlobal maliyyə böhranından miras qalmış problemli bank aktivlərinin "Brexit"in təsiri altında maliyyə axınlarını daha çox ABŞ-ın maliyyə bazarlarına "qaçırtması", sonuncuda isə iqtisadi artımın bərpası gözləntiləri Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED - red.) pul siyasəti dərəcəsini 2016-cı ilin sonuna kimi artırması ehtimallarını gücləndirir.

Bədən tərbiyəsi, gənclər siyasəti və turizmə 239 milyon manatdan artıq vəsait ayrılması gözlənilir

29 Sentyabr 2016 13:38

2017-ci il dövlət büdcəsində bədən tərbiyəsi, gənclər siyasəti və turizmə ayrılması nəzərdə tutulan xərclərin məbləği açıqlanıb.

2017-ci ildə məhkəmə və hüquq-mühafizə orqanlarına 1 milyard manatdan çox vəsait ayrılacağı gözlənilir

29 Sentyabr 2016 13:35

Azərbaycan dövlət büdcəsindən gələn il üçün məhkəmə və hüquq-mühafizə orqanlarına ayrılacaq vəsaitin məbləği açıqlanıb.

OPEK razılaşması dünya neft bazarına necə təsir edəcək?

29 Sentyabr 2016 13:21

İqtisadçı Vüqar Bayramov deyib ki, OPEK-in anlaşması elə həmin gün neft bazarına təsir göstərdi: “Fevral ayından bəri ilk dəfə olaraq neftin qiymətində gündəlik 6.5 faiz artım qeydə alındı. Ciddi fikir ayrılıqları olan Səudiyyə Ərəbistanı ilə İran neft qiymətinin yüksələcəyinə ümid edərək vahid mövqe nümayiş etdirə bildilər”.

Vergi borcuna görə 540-a yaxın müəssisə rəhbərinin ölkədən çıxışına qadağa qoyulub

29 Sentyabr 2016 11:30

 Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.

Deputat maliyyə qurumlarını tənqid etdi

28 Sentyabr 2016 15:35

 “Azərbaycanın maliyyə bazarında ciddi problemlər yaranmaqdadır”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov deyib.

Yeni iqtisadi şəraitdə turizm inkişafı önəmlidir

28 Sentyabr 2016 13:56

Dünya bazarında neftin qiyməti aşağı düşdükdən sonra Azərbaycanda qeyri-neft sektorunun unkişafına önəm verilir. Bu sahələrdən biri də turizm sektorudur ki, onu inkişaf etdirməklə kifayət qədər qazanc əldə etmək mümkündür. Etiraf edilməlidir ki, Azərbaycanda turuzm sahəsinin inkişafına xüsusi diqqət yetirilməsinə baxmayaraq hələ də görüləsi işlər kifayət qədərdir.

Bakı şəhər çempionatı keçirilib

28 Sentyabr 2016 12:27

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilib. Baş İdarədən “OLAYLAR”-a bildirilib ki, yarışda DİN İC, Məhsul İC, BTİ, Təhsil RİM, Ümid İK, SMİF-nın idmançıalrı mübarizə aparıb. Nəticələrə görə qadınlar arasında I yerə 1 km məsafədə Jalə Rəhimzadə (BTİ), 2 km məsafədə I yerə Natavan Etibarova (Təhsil RİM), 4 km məsafədə I yerə Aynur Əsgərova (BTİ), 6 km məsafədə I yerə Rəqsanə Rəcəbli (BTİ), kişilər arasında 2 km məsafədə I yerə Leonid Kryukov (Məhsul İC),3 km məsafədə I yerə İlham Abışov (BTİ), 6 km məsafədə I yerə Nail Rzayev (Məhsul İC), 10 km məsafədə I yerə Elman Abışov (Təhsil RİM), veteranlar arasında isə I yerə Tapdıq Dadaşov (Sumqayıt) layıq görülüb. I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Onu da qeyd edək ki, I-III yerləri tutmuş idmançılar 16-18 oktyabr 2015-ci il tarixdə İsmayıllı rayonunda keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanıblar.