2017-ci ildə məhkəmə və hüquq-mühafizə orqanlarına 1 milyard manatdan çox vəsait ayrılacağı gözlənilir
Azərbaycan dövlət büdcəsindən gələn il üçün məhkəmə və hüquq-mühafizə orqanlarına ayrılacaq vəsaitin məbləği açıqlanıb.
29 Sentyabr 2016 13:35 İqtisadiyyatAzərbaycan dövlət büdcəsindən gələn il üçün məhkəmə və hüquq-mühafizə orqanlarına ayrılacaq vəsaitin məbləği açıqlanıb.
Məlumata görə, Azərbaycanın 2017-ci il üçün nəzərdə tutulan dövlət büdcəsi zərfində gələn il üçün məhkəmə və hüquq mühafizə orqanlarına 1 milyard 233 milyon 470 min 726 manat vəsait ayrılması nəzərdə tutulub.
Ayrılacaq vəsaitin 51 milyon 858 min 829 manatı məhkəmə hakimiyyətinə, 945 milyon 791 min 431 manatı hüquq-mühafizə orqanlarına, 58 milyon 96 min 865 manatı prokurorluq, 177 milyon 723 min 601 manatı isə digər kateqoriyalara aid edilməyən xidmətlərə sərf olunacaq. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31