Bakı şəhər çempionatı keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilib. Baş İdarədən “OLAYLAR”-a bildirilib ki, yarışda DİN İC, Məhsul İC, BTİ, Təhsil RİM, Ümid İK, SMİF-nın idmançıalrı mübarizə aparıb. Nəticələrə görə qadınlar arasında I yerə 1 km məsafədə Jalə Rəhimzadə (BTİ), 2 km məsafədə I yerə Natavan Etibarova (Təhsil RİM), 4 km məsafədə I yerə Aynur Əsgərova (BTİ), 6 km məsafədə I yerə Rəqsanə Rəcəbli (BTİ), kişilər arasında 2 km məsafədə I yerə Leonid Kryukov (Məhsul İC),3 km məsafədə I yerə İlham Abışov (BTİ), 6 km məsafədə I yerə Nail Rzayev (Məhsul İC), 10 km məsafədə I yerə Elman Abışov (Təhsil RİM), veteranlar arasında isə I yerə Tapdıq Dadaşov (Sumqayıt) layıq görülüb. I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Onu da qeyd edək ki, I-III yerləri tutmuş idmançılar 16-18 oktyabr 2015-ci il tarixdə İsmayıllı rayonunda keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanıblar.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilib. Baş İdarədən "OLAYLAR"-a bildirilib ki, yarışda DİN İC, Məhsul İC, BTİ, Təhsil RİM, Ümid İK, SMİF-nın idmançıalrı mübarizə aparıb. Nəticələrə görə qadınlar arasında I yerə 1 km məsafədə Jalə Rəhimzadə (BTİ), 2 km məsafədə I yerə Natavan Etibarova (Təhsil RİM), 4 km məsafədə I yerə Aynur Əsgərova (BTİ), 6 km məsafədə I yerə Rəqsanə Rəcəbli (BTİ), kişilər arasında 2 km məsafədə I yerə Leonid Kryukov (Məhsul İC),3 km məsafədə I yerə İlham Abışov (BTİ), 6 km məsafədə I yerə Nail Rzayev (Məhsul İC), 10 km məsafədə I yerə Elman Abışov (Təhsil RİM), veteranlar arasında isə I yerə Tapdıq Dadaşov (Sumqayıt) layıq görülüb. I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Onu da qeyd edək ki, I-III yerləri tutmuş idmançılar 16-18 oktyabr 2015-ci il tarixdə İsmayıllı rayonunda keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31