Vahid Ələkbərov: "Neftin qiyməti 50 dollar səviyyəsində sabitləşəcək"
"OPEC-ə üzv olan ölkələrin Əlcəzairdə neftin sutkalıq hasilatının 32,5-33 mln. barrelədək azaldılmasına dair qəbul etdiyi qərar "qara qızıl"ın 1 barrelinin qiymətinin 50 dollar səviyyəsində sabitləşməsinə səbəb olacaq".APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.
30 Sentyabr 2016 12:20 İqtisadiyyat"OPEC-ə üzv olan ölkələrin Əlcəzairdə neftin sutkalıq hasilatının 32,5-33 mln. barrelədək azaldılmasına dair qəbul etdiyi qərar "qara qızıl"ın 1 barrelinin qiymətinin 50 dollar səviyyəsində sabitləşməsinə səbəb olacaq".APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.
V. Ələkbərov əlavə edib ki, neftin qiymətin 50 dolları ötə də bilər: "Bu qiymət şist neftin istehsalını rentabelli edir. Ona görə də hesab edirəm ki, neftin qiyməti təxminən 50 dollar səviyyəsində sabitləşəcək".