Milli iqtisadiyyatın inkişafında yeni mərhələ

Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncam imzalayıb.

Konstitusion islahatlar bu sahəyə də müsbət təsir göstərəcək 

Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nə müvafiq olaraq inkişaf planlarının işlənilməsi məqsədi ilə İşçi qrupu yaradılıb. İşçi qrupuna tapşırılıb ki, bu sərəncamla təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" nəzərə alınmaqla 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planı, 2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın layihəsi və 2025-ci ildən sonrakı dövrə hədəf baxışın layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edilməsi tapşırılıb. Onu da qeyd edək ki, Azərbaycan Konstitusiyada dəyişiklik edilməsi məqsədilə keçirilən ümumixalq səsverməsində də iqtisadi prosesləri tənzimləyəcək müddəalar əksini tapmışdı. Yəni, milli iqtisadiyyatın daha da inkişaf etdirilməsinə xidmət edəcək iqtisadi islahatlar davam etdirilməkdədir. Maraqlıdır, bu yeniliklər ölkə iqtisadiyyatının inkişafına necə təsir göstərəcək? Millət vıkili, Milli Məzlisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, ölkə iqtisadiyyatının inkişafı üçün kifayət qədər potensial mövcuddur: "Bu il Azərbaycan dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyini yaşayır. Ötən illər ərzində Azərbaycanın siyasi, iqtisadi, sosial, hərbi, demoqrafik, elmi, texnoloji, humanitar və digər sahələrdə əldə etdiyi uğurlar ölkənin əhəmiyyətli milli gücə sahib olduğunu deməyə əsas verir. Dövlətin inkişafının əsasını təşkil edən bütün komponentlərin paralel və balanslı inkişafı daxili sabitliyi və irəliləyişi təmin edir, ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirir, dövləti regional güc mərkəzinə çevirir, tədricən onun qlobal miqyasdakı rolunu və təsir imkanlarını artırır. Bu gün Azərbaycan daxili sosial-iqtisadi inkişafa nail olub, hərbi cəhətdən güclənib, eləcə də, bütün göstəricilərinə görə Cənubi Qafqaz regionunda lider dövlətə çevrilib. Azərbaycan strateji əhəmiyyətli coğrafi məkanda, eyni zamanda, olduqca mürəkkəb geosiyasi mühitdə yerləşir. Qlobal və regional güclərin maraqlarının toqquşduğu regionda yerləşən Azərbaycan şimal-cənub və şərq-qərb dəhlizi üzərindəki əlverişli mövqeyindən, təbii resurslarından, iqlim və relyef şəraitindən milli mənafeləri naminə maksimum istifadə edir. Bunun nəticəsi olaraq, Azərbaycanın makroiqtisadiyyatının, eləcə də, xarici ticarət əlaqələrinin sürətli inkişafının şahidi oluruq. Azərbaycanın ümuminkişaf yolunu, eləcə də, iqtisadi prioritetlərini düzgün müəyyənləşdirən Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf xəttinin davam etdirilməsi bu gün Azərbaycan iqtisadiyyatını inkişaf sürətinə görə dünyada ön sıralara çıxarıb. Bu gün Prezident İlham Əliyevin bu siyasəti böyük uğurla davam etdirməsi nəticəsində ölkəmiz möhtəşəm nailiyyətlər əldə edib. Bu nailiyyətlər bütün sahələri əhatə edir.Təbii ki, hər bir cəmiyyət inkişaf etdikcə yeni-yeni tələbatlar ortaya çıxır. Bütün bunlar qanunvericilikdə də öz əksini tapmalıdır. Referendum nəticəsində Konstitusiyaya edilən dəyişikliklər də məhz bundan qaynaqlanır. Prezident İlham Əliyev bugünlərdə Sumqayıta səfəri zamanı şəhər ictimaiyyəti ilə görüşündə bildirdi ki, keçirilən referendum Azərbaycanın gələcək inkişafını müəyyən edir. Həqiqətən də, bu il ölkəmizdə islahatların yeni mərhələsinə start verilib. Və Konstitusiya dəyişiklikləri bu islahatların hüquqi bazasını təşkil edir. Bilirsiniz ki, ölkəmizdə neftsiz iqtisadiyyat qurulur. Son illər qeyri-neft sektorunun inkişafı yönündə ciddi addımlar atılır. Cənab Prezident qeyri-neft sektorunun inkişafı ilə əlaqədar mühüm sərəncamlar verib. İnanırıq ki, qarşıdakı dövrdə həyata keçirilən islahatlar nəticəsində ölkəmizin inkişafı prosesi daha da güclənəcək".Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev aqrar sahənin inkişafına xüsusi diqqət yetirir. 2016-cı ilin dövlət büdcəsində bu sahəyə ayrılan vəsaitin artırılması, eləcə də dövlət başçısı tərəfindən müvafiq qərarların verilməsi bu faktı bir daha təsdiqləyir: "Konkret tədbirlərə gəlincə, bu gün pambıqçılığın inkişafı xüsusi diqqət mərkəzindədir. Bu yaxınlarda cənab Prezidentin sədrliyi ilə Sabirabad rayonunda pambıqçılığın inkişafına həsr olunmuş respublika müşavirəsi keçirildi. Dövlət başçısının həmçinin, kənd əməkçiləri ilə görüşməsi, Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın təsərrüatı ilə tanış olması həmin insanlara bilavasitə stimul verir. Görülən işlərin nəticəsidir ki, bu il respublikada 100 min tona qədər pambıq istehsalı gözlənilir. Biz ixrac potensialı olan, ölkəyə valyuta gətirən məhsullar istehsal etməliyik ki, pambıq, barama, tütün və s. məhsulların istehsalının artırılması bu baxımdan vacibdir. Artıq bu yöndə də ciddi tədbirlər həyata keçirilir. Bilirsiniz ki, Milli Məclis strateji kənd təsərrüfatı məhsulları haqqında qanunlar qəbul edib. Bu qanunlar da kənd təsərrüfatında inkişaf üçün hüquqi baza rolunu oynayır. Qarşıdakı dövrdə kənd təsərrüfatında böyük inkişafın şahidi olacağıq". 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31