Yeni iqtisadi şəraitdə turizm inkişafı önəmlidir

Dünya bazarında neftin qiyməti aşağı düşdükdən sonra Azərbaycanda qeyri-neft sektorunun unkişafına önəm verilir. Bu sahələrdən biri də turizm sektorudur ki, onu inkişaf etdirməklə kifayət qədər qazanc əldə etmək mümkündür. Etiraf edilməlidir ki, Azərbaycanda turuzm sahəsinin inkişafına xüsusi diqqət yetirilməsinə baxmayaraq hələ də görüləsi işlər kifayət qədərdir.

Komitə sədri: "Azərbaycanda turizmin inkişafı üçün geniş imkanlar mövcuddur"

Dünya bazarında neftin qiyməti aşağı düşdükdən sonra Azərbaycanda qeyri-neft sektorunun unkişafına önəm verilir. Bu sahələrdən biri də turizm sektorudur ki, onu inkişaf etdirməklə kifayət qədər qazanc əldə etmək mümkündür. Etiraf edilməlidir ki, Azərbaycanda turuzm sahəsinin inkişafına xüsusi diqqət yetirilməsinə baxmayaraq hələ də görüləsi işlər kifayət qədərdir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, qloballaşan dünyada dövlətlərin iqtisadi inkişaf potensialı bir sıra mühüm göstəricilərlə yanaşı, həm də turizm infrastrukturunun səviyyəsi ilə ölçülür. Turizmin strateji əhəmiyyətli sahə kimi nəzərdən keçirilməsi onun təkcə mənfəətli iqtisadi fəaliyyət növü olması ilə şərtlənmir. Müasir dövrdə turizmin inkişafı həm də təbliğati-siyasi mahiyyət daşımaqla hər bir dövlətin beynəlxalq arenaya çıxışını sürətləndirmək, coğrafi resurslarını, mövcud imkanlarını, mədəniyyətini təbliğ etmək, tanıtmaq vasitəsinə çevrilib. Turizm sivilizasiyalararası dialoq prosesinə mühüm təkan verməklə ayrı-ayrı dövlətləri, xalqları bir-birinə daha da yaxınlaşdırır: "Çox müsbət haldır ki, son illər ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir. Turizmin inkişafı Ulu öndərimizin əsasını qoyduğu strateji siyasi kursu yeni dövrün tələblərinə uyğun davam etdirən və yeni çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin də xüsusi diqqət mərkəzindədir. Dövlət başçısı Azərbaycanda bu sahənin inkişafını regionların tarazlı və davamlı sosial-iqtisadi tərəqqisi, yeni iş yerlərinin açılması, infrastrukturun yenilənməsi, bölgələrin investisiya cəlbediciliyinin artırılması baxımından son dərəcə vacib sayır". Onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında turizmin inkişafına xidmət edən kompleks tədbirlərin nəzərdə tutulması da məhz bu zərurətdən irəli gəlir. Proqramlarda respublikamızın bölgələrinin turizm potensialı düzgün qiymətləndirilib, bu sahədə həyata keçiriləcək tədbirlər konkret şəkildə əksini tapıb, yeni turizm obyektlərinin inşası üçün hökumətin maliyyə imkanlarından geniş istifadə edilməsi nəzərdə tutulub. Eyni zamanda, proqramlarda infrastruktur məsələlərinə, yolların bərpasına və çəkilişinə xüsusi diqqət ayrılması respublikamızda turizmin inkişafına ciddi təkan verir: "Azərbaycan iki dünya sivilizasiyanın qovuşuğunda, Transqafqaz nəqliyyat dəhlizinin ortasında yerləşir ki, bütün infrastrukturlar - Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral avtomobil və dəmir yolları burada cəmlənib. Odur ki, turizmin inkişafı ölkəmizdə dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi nəzərdən keçirilir. Azərbaycanın Şərqlə Qərbi birləşdirən əlverişli coğrafi məkanda yerləşməsi, fərqli mədəniyyətləri və dünyagörüşlərini bir araya gətirən tolerant dövlət kimi tanınması, 800 kilometrdən artıq məsafədə dənizsahili zonaya, 12 iqlim qurşağından 9-na malik olması, habelə füsunkar təbiəti, qədim tarixi mədəniyyət abidələri, zəngin folklor nümunələri respublikamızın böyük turizm potensialından xəbər verir". Komitə sədri bildirib ki, hazırda Azərbaycanda 452 otel fəaliyyət göstərir, halbuki, 2001-ci ildə ölkəmizdə otellərin sayı cəmi 86 idi. Bu məsələdə nə qədər böyük inkişafın olduğu göz önündədir. Eyni zamanda, fəaliyyəti qənaətbəxş olanlar da var, olmayanlar da: "Eləcə də, respublikamızda 223 muzey, 6308 tarixi və mədəni abidələr, xeyli sayda qoruq var var ki, onların bəziləri YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. Məhz bu amillər də ölkəmizə xarici turistlərin marağını cəlb edir. Bundan əlavə, mən məktəb turizminin inkişafı məsələsinin zəruri olduğunu bildirmək istəyirəm. Gördüyünüz kimi, masamın üstündəki qovluqda bununla bağlı çoxlu materiallar var. Bu materiallarda məktəb turizmi ilə əlaqədar dünya təcrübəsi əksini tapıb. Son illər məktəblilər üçün "Ölkəmizi tanıyaq!" devizi altında ölkə üzrə şagirdlərin bölgələrə səfərləri təşkil olunur. Bu, çox böyük tədbirdir və çox ciddi əhəmiyyətə malikdir. Hesab edirəm ki, beynəlxlaq təcrübəyə əsaslanaraq məktəb turizminin də inkişafı vacibdir. turizmin bu növü həm şagirdlərin dünyagörüşünü artırmaq, pis vərdişlərdən uzaqlaşdırmaq və s. baxımından əhəmiyyətli olması ilə yanaşı, turizm sektorunun inkişafına da ciddi təsir göstərə bilər. Həmçinin, beynəlxalq təcrübəyə əsaslanaraq deyə bilərəm ki, məktəb turizmində güzəştli şərtlər genişdir. Hesab edirəm ki, ölkəmizdə də belə bir turizmi inkişaf etdirmək üçün böyük imkanlar mövcuddur. Başqa bir amil də ondan ibarətdir ki, ölkədə turizmlə əlaqədar güclü infrastruktur yaranmalıdır ki, Azərbaycanda da bu istiqamətdə çox böyük işlər görülür. İndi Azərbaycanın ən müxtəlif guşələrində, bölgələrində beynəlxalq aeroportlar fəaliyyət göstərir, gözəl yollar, magistrallar salınır, mehmanxanalar, istirahət mərkəzləri yaradılır. Azərbaycanın daxili turizm bazarında artımlar müşahidə olunur. Bunun səbəbi sözügedən istiqamətdə yol infrastrukturunun yenilənməsi, məsafənin az olması, həmin bölgələrdə əvvəlki illərə nisbətən turizm xidməti infrastrukturunun yaxşılaşması və genişlənməsi, eyni zamanda, turizm obyektlərində göstərilən xidmətin müxtəlifliyi və çeşidliliyidir. Bir sözlə, ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Təbii ki, yeni iqtisadi şəraitdə turizm inkişafı böyük önəm daşıyır". H.Rəcəbli qeyd edib ki, hazırda ölkəmizdə qarşıda duran mühüm vəzifələrdən biri qeyri-neft sahələrinin inkişaf etdirilməsidir. Öz perspektivlərinə görə turizm sektoru bu istiqamətdə aparıcı yerlərdən birini tutur: "Ölkəmiz güclü turizm potensialına malikdir. Bilirsiniz ki, Milli Məclis tərəfindən 1999-cu ildə "Turizm haqqında" qanun qəbul edilib. Lakin 17 maddədən ibarət olan bu sənəd artıq günün tələblərinə cavab vermir. Bunu nəzərə alaraq və ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi, turizm sahəsinin daha da inkişaf etdirilməsi üçün yeni qanuna ehtiyac duyulurdu. Bu məqsədlə müvafiq İşçi Qrupu yaradıldı və daha əhatəli, təkmilləşdirilmiş bir sənəd hazırlandı. Digər bir mühüm məqam odur ki, turizmin inkişafı dövlət tərəfindən dəstəklənir. Ölkəmizin tanıdılması məqsədilə müxtəlif layihələr həyata keçirilir. Azərbaycan artıq xarici turistlər üçün cəlbedici məkana çevrilir. Ölkəyə gələn turistlərə yüksək standartlara uyğun xidmətin göstərilməsi vacib məsələlərdəndir. Ona görə də, bu sahədə qanunvericilin yenilənməsi günün tələbidir. Yeni qanun layihəsi 8 bölmədən, 87 maddədən ibarətdir. Qanunda turizm sahəsində dövlət siyasəti, tənzimləmə prinsipləri, məqsəd və vəzifələr, dövlət idarəetməsinin həyata keçirilməsi, turizm fəaliyyətinin təşkili, xidmət növləri, bu sahədə təhlükəsizliyin təmin edilməsi və digər məsələlər öz əksini tapıb. Hesab edirəm ki, yeni qanun layihəsi bu sahənin inkişafı üçün mükəmməl hüquqi baza rolunu oynayacaq".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31